ABŞ Konqresindən Türkiyənin S-400 sistemlərini almasına qarşı NÖVBƏTİ QANUN LAYİHƏSİ

  • 2019-05-17 14:39:34
  • |
  • Dünya /

ABŞ Konqresindən Türkiyənin S-400 sistemlərini almasına qarşı NÖVBƏTİ QANUN LAYİHƏSİ

Hurriyyet.org xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alacağı təqdirdə Türkiyəyə sanksiya tətbiq edilməsini tələb edən qanun layihəsi irəli sürülüb. Layihədə Türkiyənin F-35 təyyarə proqramından çıxması tələb edilib.

ABŞ Nümayəndələr Palatasının bir qrup millət vəkili Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın almaq ilə F-35 hərbi təyyarələri proqramında iştiraka davam etmək arasında seçim etməli olduğunu bildirib.

Respublikaçı millət vəkili Kevin Makkarti deyib: “Türkiyəyə verilən mesaj açıqdır. Türkiyə S-400 sistemlərini əldə edəcəyi təqdirdə, F-35-ləri almamalı olduğuna dair ortaq mövqeyə malikik. ABŞ-ın milli təhlükəsizlik mənfəəti üçün həddən artıq ciddi nəticələr mövcuddur, Türkiyə satınalmanı ləğv eləməli və bunun əvəzinə birlikdə çalışdığımız və ortaq mənfəətlərimizin olduğu bir çox sahələrdə ABŞ ilə əməkdaşlıq eləməlidir”.

ABŞ Nümayəndələr Məclisinin Təsisat Komissiyası Türkiyənin S-400 sistemlərini satın alacağı təqdirdə F-35 satışının qadağan edilməsi üçün büdcə layihəsi irəli sürmüşdü. Mayın 13-də isə ABŞ MN Ankaranın Rusiyadan S-400 sistemini satın almağa davam edəcəyi təqdirdə, F-35 təyyarəsinin ehtiyat hissələrinin istehsalı üçün Türkiyə əvəzinə başqa bir tədarükçü axtaracaqlarını açıqlamışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA