ABŞ konqresmenləri Vladimir Putinin gəlirlərinin açıqlanmasını tələb etdilər

  • 2019-02-28 23:58:09
  • |
  • Dünya /

ABŞ konqresmenləri Vladimir Putinin gəlirlərinin açıqlanmasını tələb etdilər

ABŞ Nümayəndələr palatasında ölkənin kəşfiyyat orqanlarına Rusiya prezidenti Vladimir Putinin gəlir və əmlakı barədə məlumat verməsi tələbini gətirən yeni qanun layihəsi işlənib hazırlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Florida ştatından demokrat konqresmen Val Deminqs və Nyu-York ştatından Respublikaçılar partiyasının deputatı Eliza Stefanik tərəfindən təqdim olunan layihə “Vladimir Putinlə bağlı şəffaflıq haqqında qanun” adlanır.

Konqresmenlər Vladimir Putinin təkcə şəxsi aktivləri barədə deyil, həmçinin nəzarət etdiyi bütün əmlak barədə informasiya çatdırılmasını tələb edirlər.

Buraya isə Kremlin sahibinin və onun ailəsinin Rusiya və onun xaricindəki gəlirləri, investisiyaları, bank hesabları, daşnmaz əmlakları daxildir. ABŞ Nümayəndələr palatasının üzvləri həm də V.Putinin digər biznes maraqları, o cümlədən açılan benefisiar informasiyalarla maraqlanıblar.

Bundan əlavə “Vladimir Putinin korrupsiya fəaliyyətinə şərait yaradan Rusiyanın yüksək rütbəli siyasi xadimləri və oliqarxları” da (aktda ifadə belə gedir-red.) qanun layihəsinin hədəfinə düşüb.

Sənədin müəllifləri onu Rusiyanın ABŞ demokratiyasını zədələmək cəhdlərinə cavab olaraq hazırladıqlarını qeyd ediblər.

“Putin hakimiyyətinə qarşı ən gözəl hücum onun xaricdəki əməliyyatlarını maliyyələşdirən qeyri-qanuni və gizli vəsait axınlarını təqib etməkdir”, -deyə Val Deminq sözləyib.

“ABC” telekanalı Vladimir Putinin 2017-ci ildə 300 min dollara çatan gəlirini, o cümlədən buna əlavə olaraq iki mənzili artıq bəyan etməsinə rəğmən bunların onun əsl sərvətinin yanında heç nə olduğunu bildirib.

Kremlin köhnə düşmənlərindən investor Uilyam Brauder Rusiya liderinin 200 milyard dollarlıq var-dövlətə sahib olduğunu iddia edir.

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Brett Bryunun fikrincə, “Putinin cüzdanının yoxlanılması” ilə bağlı atılan bu addım Rusiya xalqına ölkədə tüğyan edən korrupsiyanın və iqtidiyyatın necə bərbad gündə olduğunu göstərəcək”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA