ABŞ Müdafiə Təhlükəsizlik Xidmətinin Çin hesabatı dərc edildi - KABUS TƏYYARƏLƏR HAZIRLANIR

  • 2019-01-25 17:04:18
  • |
  • Dünya /

ABŞ Müdafiə Təhlükəsizlik Xidmətinin Çin hesabatı dərc edildi - KABUS TƏYYARƏLƏR HAZIRLANIR

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizlik Xİdməti (Defense Intelligence Agency) Çin ordusu ilə bağlı hesabat dərc etdirib.

Hesabatda Çinin iki kabus təyyarə modeli proqramları üzərində işlədiyi vurğulanıb.

Kabus təyyarələrdən birincisinin Xian-20 adlandığı və sRockwell B-1 Lancer bombardman təyyarəsinə bənzər olduğu, ikinci modelin isə JH-XX adlandığı və Lockheed Martin F-35 ilə oxşar xüsusiyyətə malik olduğu bildirlir.

ABŞ Müdafiə Təhlükəsizlik Xİdmətinin internet saytındakı hesabatda Çinin həm regional, həm də qlobal hədəfləri üçün orta və uzun mənzilli kabus raketlər üzərində işlədiyi bildirilib. Hazırda ABŞ Müdafiə Təhlükəsizlik Xİdmətinin kabus təyyarələr barəsində məhdud məlumatlara malik olduğu da bəyan edilib.

Bu yaxınlarda ABŞ MN Pentaqon Çinin bəzi hərbi sahələrdə dünyanın ən yaxşı müdafiə texnologiyalarına sahib olduğunu və dünyaya liderlik elədiyini açıqlamışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA