ABŞ Pakistandan hind qırıcılarını vurması ilə bağlı HESABAT İSTƏDİ

  • 2019-03-04 12:19:05
  • |
  • Dünya /

ABŞ Pakistandan hind qırıcılarını vurması ilə bağlı HESABAT İSTƏDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Pakistandakı səfiri “Röyters” informasiya agentliyinə verdiyi açıqlamada İslamabad hökumətinin Hindistanın hərbi təyyarələrini necə vurması barəsində müfəssəl açıqlama verilməsini istəyib.

Pakistanın hücum zamanı ABŞ istehsalı olan F-16-lardan istifadə edib-etmədiyi ilə bağlı açıqlama tələb edən ABŞ iqtidarına cavab olaraq Pakistan müdafiə məqsədi ilə qırıcıların vurulduğunu, lakin əməliyyat zamanı F-16-lardan istifadə edilmədiyini bildirmişdi.

Pakistanın açıqlamasının qarşılığında isə ABŞ-ın İslamabaddakı səfiri deyib: “Bu hesabatlardan xəbərdarıq və daha artıq məlumat istəyirik. Müdafiə müqavilələrindən pis məqsədlə isfadə edildiyi barədə iddialara ciddi yanaşırıq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA