ABŞ PKK-ya hava hücumundan müdafiə sistemi verdi!

  • 2019-03-07 15:08:42
  • |
  • Dünya /

ABŞ PKK-ya hava hücumundan müdafiə sistemi verdi!

Hurriyyet.org xəbər verir ki, Türkiyənin cənubundakı təhdid ABŞ-ın dəstəyi ilə böyüyür. Trampın “Suriyadan çıxırıq” vədinin əksinə, PKK/PYD terror təşkilatına verilən silahların sayı artıb, mahiyyəti dəyişib. Son göndərilən tırların içərisində ən müasir hava hücumundan müdafiə ssitemlərinin olduğu bildirilir. Beləliklə, “Türkiyəsiz bölgə” planları həyata keçirilmək üzrədir. Tırlar artıq sadəcə gecəyarısı göndərilir.

Şəxsən Donald Trampın dili ilə Suriyadan çıxacağını açıqlayan ABŞ tam əksinə, bölgədəki hərbi varlığını daha da gücləndirib. Bölgədə yeni nəzarət məntəqələri quran Pentaqon PKK/YPG terror təşkilatına ən son texnologiyalardan olan hərbi texnika və silah sistemləri göndərib. ABŞ mətbuatının rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, Pentaqon İŞİD əməliyyatları başa çatandan sonra İraq ordusuna verilən silah və texnikasını geri alıb. Bu silah və texnikanın mühüm bir hissəsi Suriyanın şimalındakı PKK/YPG terror təşkilatına göndərilib. Silahlar ABŞ prezidenti Donald Trampın 19 dekabr 2018-ci ildəki “Suriyadan çıxırıq” açıqlamasından 12 gün sonra terrorçulara göndərilib.

Silahların siyahısı:

50 ədəd zirehli personal daşıyıcı Humwee,

20 ədəd minayadavamlı texnika,

40 ədəd son model silahlı hərbi daşıyıcı,

700 ədəd yüngül anti-tank silahı,

2400 ədəd minomyot (mortar),

25 ədəd minatəmizləyən və müxtəlif partlayıcı maddələr.

Petaqonun mətbuat katibi Şon Robertson da terror təşkilatına silah və texnika verilməsini təsdiqləmiş, lakin detalları açıqlamamışdı. Robertson ötən ay verdiyi açıqlamada demişdi: “Fərat çayının şərqində nəzarəti tamamilə əldə saxlaya bilmək üçün SDQ-yə (PKK) yetərli sayda silah və sursatın verilməsi çox mühümdür. ABŞ Müdafiə Nazirliyi və Konqresi təlim-təminat fəaliyyətini maliyyələşdirməyə davam edəcəkdir”.

Regiondakı mənbələr son 2,5 ay ərzində ABŞ-ın İraqdan Suriya PKK-sına 12 ayrı karvan şəklində 2500 tır dolusu silah-sursat və hərbi texnika göndərildiyini bildirir. Əvvvəlki zamandan fərqli olaraq, son 2,5 ayda tırlar yalnız gecələr göndərilir.

ABŞ-ın Suriyanın şimalında PKK terror təşkilatını qorumaq üçün planlaşdırdığı “Türkiyəsiz təhlükəsiz bölgə planı çərçivəsində bölgəyə inkişaf eləmiş hava hücumundan müdafiə sistemi yerləşdirdiyi iddia edilir. Sistemlərin Fərat çayının şərq sahilindəki əməliyyat üçün terrorçuları izləyən Türkiyənin PUO-larının qarşısını almaq məqsədi ilə istifadə edilə biləcəyi bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA