ABŞ QARIŞIR! - FTB TƏHDİD ALTINDA

ABŞ QARIŞIR! - FTB TƏHDİD ALTINDA

Narkotik, ehtiyat təkəri, kağız almağa pul çatmır

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Meksika ilə sərhədində divar böhranı nəticəsində hökumətin qismən bağlanmasından bir ay keçdikdən sonra, ölkənin ən mühüm təhlükəsizlik orqanlarından olan Federal Təhqiqat Bürosunda problemlər baş qaldırıb.

FTB-nin “Agentlər İttifaqı” şöbəsinin başçısı Tom Okonner büdcə kəsirinin “əməliyyatlara əngəl olduğunu”, terrorçuluq ilə qlobal mübarizə və əcnəbi dövlətlərin casusluq fəaliyyətinin qarşısını almaq fəaliyyətlərinin axsadığını bildirib.

Məsələn, FTB agent və tərcüməçilərin haqqının ödənilməsi, gizli təhqiqatlar üçün narkotik maddələrin satın alınması ilə bağlı çətinliklərlə qarşılaşdığı bildirilir. FTB-nin bəzi şöbələrinə ehtiyat təkər, kağız və DNT test dəstləri satın alına bilmədiyinə dair hesabatlar da gəlib. Hazırda FTB-nin 13 min xüsusi agenti maaşsız işləyir.

Hurriyyet.org