ABŞ QORXUYA DÜŞDÜ: “Ərəblərə sata bilməsək...”

  • 2019-06-12 13:24:36
  • |
  • Dünya /

ABŞ QORXUYA DÜŞDÜ: “Ərəblərə sata bilməsək...”

Çindən, yaxud da Rusiyadan silah alacaq

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışının Birləşmiş Ştatlar üçün həyati əhəmiyyət kəsb elədiyini söyləyib.

Trampın Səudiyyə Ərəbistanı və BƏƏ-yə böyük miqdarda silah satmasına razılıq verib-verməməsi ilə bağlı suallara cavab verən Şanahan deyib: “Səudiyyə Ərəbistanı və BƏƏ ilə bağlı vəziyyət belədir: özlərini müdafiə eləmələri üçün onlarla necə bir xarici hərbi satış edirik? Həqiqətən də bütün bunların mərkəzində bu yüksək təhdidə (İran təhdidi) cavab vermək var. İkincisi isə, güclü müttəfiqləri olan ABŞ-dan almazlarsa, təhlükəsizlikləri üçün Rusiya, ya da Rusiyaya üz tutacaqlar”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA