ABŞ "İSTİFADƏ EDİLİR" DEDİ, TÜRKİYƏ SON NÖQTƏNİ QOYDU

ABŞ "İSTİFADƏ EDİLİR" DEDİ, TÜRKİYƏ SON NÖQTƏNİ QOYDU

Türkiyə hökumətindən “İncirlik” açıqlaması: “Türkiyəyə məlumat verildi, lakin bazadan istifadə edilmədi”

Hurriyyet.org xəbər verir ki, Türkiyə hökumətinin mətbuat katibi Bəkir Bozdağ Suriya əməliyyatı ilə bağlı açıqlamasında deyib: “Türkiyəyə məlumat verildi, “İncirlik” bazasından istifadə edilmədi. Türkiyə ABŞ ilə Rusiya arasında vasitəçilik elədi”.

Bozdağ deyib: “Möhtərəm prezidentimiz Rəcəb Tayyib Ərdoğan cənab Tramp və cənab Putin ilə telefon danışıqları aparıb. Türkiyə bir növ, məsələnin həlli üçün vasitəçilik edib”.

ABŞ mətbuatı: “İstifadə edilir”

ABŞ prezidenti Donald Trampın hücum əmrindən sonra Dəməşqdə partlayış səsləri eşidilib.

“CNN International” kanalı əməliyyat zamanı Türkiyənin Adana vilayətində yerləşən “İncirlik” bazasından da istifadə edildiyini irəli sürüb. Canlı yayımda ekranda görünənkadrlarda hərbi təyyarələrin qalxdıqları nöqtələr göstərilərkən, “İncirlik” bazası da bu nöqtələrdən biri kimi təqdim edilib.

Hurriyyet.org

Loading...

QALEREYA