ABŞ rəsmi şəkildə bəyan etdi - BU GÜN BİRLƏŞDİRİLİR

ABŞ rəsmi şəkildə bəyan etdi - BU GÜN BİRLƏŞDİRİLİR

Hurriyet.org xəbər verir ki, ABŞ-ın Qüdsdəki Baş Konsulluğu ilə prezident Donald Trampın etirazlara rəğmən Qüdsə köçürdüyü səfirliyin bu gün birləşdiriləcəyi açıqlanıb.

ABŞ XİN-in verdiyi yazılı açıqlamada deyilir: “ABŞ Qüdsdəki Baş Konsulluğu ilə ABŞ-ın Qüdsdəki səfirliyi vahid bir diplomatik missiya olacaq şəkildə 2019-cu il martın 4-də birləşdiriləcək. Bu addım prezident Pompeonun 18 oktyabr 2018-ci ildə iki missiyanın heyətinin birləşdirilməsi ilə bağlı bəyanatından sonra atılır”.

Bütün diplomatik fəaliyyətin artıq Qüdsdə həyata keçiriləcəyi bildirilən açıqlamada Qəzza və İordan çayının Qərb sahilindəki işlərin isə Qüdsdəki ABŞ səfirliyinin Fələstin məsələləri şöbəsinin aparacağı qeyd edilib.

Açıqlamada bu qərarın ABŞ-ın Qüdsün statusu ilə bağlı siyasətini dəyişmədiyi iddia edilib.

ABŞ prezidenti D.Tramp 2017-ci il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini bəyan eləmiş və bütün etirazlara rəğmən bu niyyətini həyata keçirmişdi.

Hurriyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA