ABŞ RƏSMƏN BƏYAN ETDİ: “BAŞLADIQ”

  • 2019-01-11 11:46:35
  • |
  • Dünya /

ABŞ RƏSMƏN BƏYAN ETDİ: “BAŞLADIQ”

ABŞ hərbi texnikasını Suriyadan çıxarmağa başlayıb

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı texnikanın bir qisminin ölkədən çıxarılmasına başlanıldığını bildirib. Türkiyənin “Anadolu Agentliyi”nin müxbirinə açıqlama verən və adının bəyan edilməsini istəməyən məsul şəxs deyib: “Təsdiq edirəm ki, bəzi avadanlıqlarımız Suriyadan çıxarılmağa başlayıb”.

Mənbə həmin avadanlıqların nə olduğu və hansı bölgələrdən çıxarıldığı barəsində detalları açıqlamayıb.

Amerikanın CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM), geri çəkilmə əməliyyatında istifadə ediləcək təyyarə və gəmiləri müəyyənləşdirdiyini bildirdiyini iddia edib.

ABŞ hərbçilərinin Suriyadan çıxarılması prosesi ABŞ prezidenti Donald Trampın 2018-ci il dekabrın 19-da verdiyi qərardan sonra başlayıb. Bu qərar həm də Cim Mattisin müdafiə naziri vəzifəsindən istefa verməsinə səbəb olmuşdu.

Yanvarın 1-də vəzifəsini tərk edən Mattis dekabrın sonlarında ABŞ ordusuna Suriyadan çıxmaq prosesinə başlamaq göstərişi vermişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA