ABŞ Ruhanini ölkəyə buraxmır? - VİZA PROBLEMİ

ABŞ Ruhanini ölkəyə buraxmır? - VİZA PROBLEMİ

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının iclasında iştirak etməyə bilər.

Virtualaz.org İran KİV-lərinə istinadən bildirir ki, Ruhaninin ABŞ-a getmək üçün hələ də vizası yoxdur.

"Xarici işlər naziri Məhəmməd Cavad Zərifin sentyabrın 20-də, İran Prezidenti Həsən Ruhanin isə sentyabrın 23-də Nyu-Yorka getməsi planlaşdırılır. Bir neçə saatdan sonra vizalar verilməsə, bəlkə də səfərlər ləğv ediləcək",- deyə İRNA agentliyi yazıb.