ABŞ S-400-lərlə bağlı açıq şəkildə TƏHDİD ETDİ: “Ankara üçün mənfi nəticələri olacaq”

ABŞ S-400-lərlə bağlı açıq şəkildə TƏHDİD ETDİ: “Ankara üçün mənfi nəticələri olacaq”

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN tərəfindən verilən son açıqlamada deyilir: “Türkiyənin S-400 sistemlərini təslim alacağından xəbər tutduq. Ankara sövdələşməni davam etdirərsə, çox mənfi nəticələrlə qarşılaşacaq”.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus Türkiyənin Rusiyadan S-400 sistemini alması ilə bağlı açıqlamasında deyib: “ABŞ-ın Türkiyənin S-400 alması ilə bağlı mövqeyi dəyişməyib. Ankara razılaşmanı davam etdirəcəyi təqdirdə, çox mənfi nəticələrlə qarşılaşacaq”.

CAATSA sanksiyalarını nəzərdə tutan qanun layihəsinin Konqresdə təsdiqləndiyini xatırladan Ortaqus deyib: “CAATSA sanksiyaları layihəsi Konqresdən keçib. Nəticələri Türkiyə üçün mənfi olacaqdır”.

CAATSA nədir?

ABŞ-ın düşməni hesab edilən şəxslərə və təşkilatlara tətbiq edilən bir sıra sanksiyalar rejiminin daxil olduğu CAATSA qanunu ilə ABŞ Türkiyə və Rusiyada S-400 razılaşmasını imzalayan şəxslərə və təşkilatlara sanksiya tətbiq edə biləcək. ABŞ buna bənzər sanksiyalardan İranla nüvə böhranında istifadə edib və İranın dini lideri Xamanei də daxil olmaqla, bir çox vəzifəli şəxsə qarşı sanksiya tətbiq ediləcəyini bəyan eləmişdi.

Hurriyyet.org