ABŞ SƏRHƏDƏ HƏRBÇİ TOPLAYIR

  • 2019-02-01 14:09:17
  • |
  • Dünya /

ABŞ SƏRHƏDƏ HƏRBÇİ TOPLAYIR

Hurriyyet.org xəbər verir ki, ölkəyə qanunsuz köçkün axınının qarşısını almaq üçün ABŞ Müdafiə Nazirliyinin Meksika sərhədinə əlavə olaraq 3 500 hərbçi göndərəcəyi bildirilib.

Amerikanın CNN televiziyasının müdafiə məmurlarına istinad elədiyi xəbərdə bölgədə yerləşmiş 2 300 əsgərə əlavə olaraq, 3 500 nəfərin kömək üçün göndərdiyi bildirilib. Bununla da sərhəddəki hərbçilərin sayı 3800 nəfərə çatacaqdır.

ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabından verdiyi açıqlamada sərhədə daha çox hərbçi göndəriləcəyini bildirib və yazıb: “Ölkəmizi böyük karvanlarla qanunsuz işğal cəhdlərini dayandırmaq üçün cənub sərhədinə daha çox hərbçi göndərilir. Daha əvvəlki karvanları dayandırdıq, buna görə də dayandıracağıq. Divar tikilsəydi, bu, daha asan və ucuz olacaqdı. Hazırda tikinti gedir”.

ABŞ müdafiə nazirinin müavini Con Rud həftənin əvvəlində Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin iclasında çıxış edərək, 12 min nəfərdən artıq köçkünün olduğu güman edilən iki köç karvanının ABŞ-a doğru gəldiyi xəbərini vermişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA