ABŞ “Taliban”la danışıqlara BAŞLAYACAQ

  • 2019-01-28 16:31:46
  • |
  • Dünya /

ABŞ “Taliban”la danışıqlara BAŞLAYACAQ

Hurriyyet.org xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ ilə “Taliban” arasında sülh danışıqlarının fevralın 25-də başlaması məsələsində müvəqqəti razılaşma əldə edildiyini bildirib.

Altı günlük danışıqlardan sonra əldə edilən ilkin razılaşma layihəsində müqavilənin imzalanmasından sonrakı 18 ay ərzində ABŞ hərbçilərinin ölkəni tərk eləməsi maddəsi qeyd edilib.

ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Halilzad isə şənbə günü verdiyi açıqlamada Qətərin paytaxtı Dohada 6 günlük səfərdə olduğunu və müzakirələr üçün Əfqanıstana yollanacağını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA