ABŞ tarixində ən böyük rüşvət qalmaqalı! - Hollivud ulduzları uşaqlarının universitetə daxil olması üçün...

  • 2019-03-13 12:56:01
  • |
  • Dünya /

ABŞ tarixində ən böyük rüşvət qalmaqalı! - Hollivud ulduzları uşaqlarının universitetə daxil olması üçün...

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın daxili kəşfiyyat xidməti olan Federal Təhqiqat Bürosu universitetə daxil olmaq məsələsində ortaya çıxarılan ən böyük qalmaqalla qarşılaşdıqlarını bəyan edrək, aralarında Hollivud ulduzlarının da olduğu 50 nəfər barəsində istintaq aparmağa başlayıb.

ABŞ Ədliyyə Nazirliyi aralarında Hollivud ulduzlarının da olduğu, ən azı 50 nəfər barəsində milyardlarla dollarlıq rüşvət alınması ilə bağlı araşdırma başlayıb.

Dünyanın ən yaxşı universitetləri arasında olan Corctaun, Yale, Stanford, Texas, Cənubi Kaliforniya və UCLA-nın (Los Ancelos Kaliforniya Universiteti) rüşvət alaraq, qarşılığında zəngin şəxslərin övladlarını saxta qiymətləndirmələrlə təhsil müəssisələrinə yerləşdirdikləri bəlli olub.

Federal Təhqiqat Bürosu tərəfindən təsadüfən aşkara çıxarılan qalmaqalda Hollivudun məşhur şəxslərini də adı hallanır. “Emmi”, “Qızıl Qlobus” mükafatları almış Felisiti Haffman və Lori Loklin kimi məşhur aktrisalar dünən federal məhkəməyə aparılıblar. Qalmaqalda adı çəkilən Felsiti Haffmanın 250 min dollar cərimə qarşılığında azadlığa buraxıldığı açıqlanıb.

Qalmaqalda ittiham edilən əsas şəxsin Vilyam Zinger olduğu bildirilir. Çərşənbə axşamı keçirilən məhkəmədə Zinger özünü müqəssir bildiyini etiraf edib. Həbs edilənlər arasında rəhbər şəxslərin də olduğu bildirilir.

2011-2018-ci illərdə Vilyam Zingerin hesabına təqribən 25 milyon dollar pul köçürüldüyü barəsində məlumat verilir.

Valideynlərinin verdiyi rüşvətlə universitetə daxil olan uşaqların cəzalandırılmayacağı bildirilir.

Adı qalmaqalda hallanan universitetlər isə verdikləri açıqlamada, qalmaqalın səbəbkarı olan şəxslərin universitetlə əlaqələrinin kəsildiyini və lazımi addımların atılacağını bildiriblər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA