ABŞ türk pilotların F-35 təlimlərini DAYANDIRDI

  • 2019-06-11 12:21:30
  • |
  • Dünya /

ABŞ türk pilotların F-35 təlimlərini DAYANDIRDI

Hurriyyet.org xəbər verir ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket müdafiə sistemi almasına etiraz olaraq, ABŞ-da olan türk pilotlatın F-35 təyyarələri ilə bağlı təlimlərini dayandırıb.

ABŞ MN ötən həftə bəyan eləmişdi ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması sövdələşməsini 31 iyul tarixinə qədər ləğv eləməyəcəyi təqdirdə, Türkiyəni beşinci nəsil F-35 qırıcılarının idarəsinin öyrədildiyi hərbi təlimlərindən kənarlaşdıracaqdır.

ABŞ MN rəhbərliyi ötən həftə türk pilotların təliminə son qoyulmasını və onların F-35 mlumat dosyalarına daxil olmasının əngəlləməsini qərara almışdı. Arizonadakı Lyuk hərbi hava bazasında 6 nəfər türkiyəli pilotun F-35 təlimləri dayandırıb.

Pentaqonun mətbuat katibi Mayk Endryus Türkiyənin S-400 müdafiə sistemini almaqdan vaz keçəcəyi təqdirdə, türk pilotların dayandırılmış f-35 təlimlərinin davam etdiriləcəyini bildirib.

Müdafiə Nazirliyinin əməkdaşı Ellen Lord Pentaqonun Türkiyənin Müdafiə Nazirliyi ilə birlikdə Türkiyənin F-35 layihəsi üçün ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı danışıq apardığını söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA