“ABŞ Türkiyəni Şərqi Aralıq dənizindən silmək istəyir” - SƏRDAR TURQUT

“ABŞ Türkiyəni Şərqi Aralıq dənizindən silmək istəyir” - SƏRDAR TURQUT

Hurriyyet.org xəbər verir ki, “Habertürk” qəzetinin əməkdaşı Sərdar Turqut bugünkü məqaləsində ABŞ Senatına təqdim edilən bir qanun layihəsinin “Türkiyəni Şərqi Aralıq dənizindən silmək məqsədi daşıdığını” bildirib.

Məqalənin başlığı belədir: “İstanbul məsələsini həll eləmək olar, amma Şərqi Aralıq dənizini itirməyə doğru getdiyimizə əmin ola bilərsiniz”. Barəsində danışılan qanun layihəsini ABŞ senatorları Bob Menendez və Marlo Rubio irəli sürüblər.

“Sanki başımdan qaynar su tökdülər”

“Əmin olun, qanun layihəsini tam şəkildə oxuduğum zaman özümü başımdan qaynar sular tökülmüş kimi hiss elədim. Qanun layuhəsinin məqsədi ilk səhifəsində belə açıqlanır: “Bu qanun layihəsi Şərqi Aralıq dənizində təhlükəsizlik və enerji əməkdaşlığının inkişafı və digər məqsədləri daşımaqdadır. Mətni mənim kimi diqqətlə oxusanız, digər məqsədin də Türkiyəni Şərqi Aralıq dənizindən silmək olduğunu görə bilərsiniz”.

“Kiprdə ABŞ hərbi bazasının yerləşdirilməsi yolu açılır”

Turqut bundan əvvəl heç bir dövrdə Türkiyə əleyhinə nəticələri ola biləcək bir addımın atılmadığını vurğulayaraq, ABŞ-ın bölgədə Yunanıstan, İsrail və Cənubi Kipr ilə enerji ortaqlıqlarını xatırladıb: “Bunun sayəsində həm Yunanıstan, həm də Cənubi Kipr Yunan Respublikası ABŞ-a silah, hərbi gəmi və hərbçi yerləşdirməsi üçün yeni imkanlar açır və hətta ABŞ Cənubi Kiprə yeni silahlar satmağı da öhdəliyinə götürür”.

“Türkiyəyə qarşı niyyətləri yaxşı deyil”

Türkiyənin S-400 alması ilə bağlı yaranmış gərginliyin də qanun layihəsində yer aldığını bildirən Turqutun yazısının davamında bildirir: “Xaricdən gələ biləcək təhdidlərdən bəhs edilən hissədə ilk növbədə terror təşkilatları müəyyənləşdirilir, ardından işarə vurulur ki, əgər Türkiyə Rusiyadan S-400 sistemlərini alarsa, ona qarşı da eyni cür davranılması mümkündür. Bu hissədə elə bir vəziyyət yaranacağı təqdirdə, Türkiyəyə yeni sanksiyalar tətbiq ediləcəyi təkrarlanıb. Türkiyəyə qarşı niyyətləri pisdir, bu qanun layihəsinin hər cümləsindən xoşagəlməz qoxular yayılmaqdadır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA