ABŞ Türkiyəyə daha iki ədəd F-35 təyyarəsini TƏHVİL VERDİ

  • 2019-04-05 13:11:39
  • |
  • Region /

ABŞ Türkiyəyə daha iki ədəd F-35 təyyarəsini TƏHVİL VERDİ

Hurriyyet.org xəbər verir ki, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Türkiyəyə təhvil verilməsi planlaşdırılan F-35 təyyarələrində birinin Arizonadakı bazaya göndərildiyini, digər təyyarənin isə sabah göndəriləcəyini bildirib.

Məsələ ilə bağlı “Anadolu Agentliyi”nə açıqlama verən Pentaqon mətbuat nümayəndəsi Erik Pahon deyib: “Türkiyəyə məxsus daha bir F-35 təyyarəsinin təhvil verilərək Lyuk hərbi bazasına göndərildiyini, digərinin isə sabah göndətriləcəyini təsdiq edirəm”.

ABŞ-ın Türkiyənin S-400-ləri almaq məsələsindəki narahatlığı məsələsindən bəhs edən Pahon, hazırda Türkiyəyə F-35 ilə bağlı ehtiyat hissələrinin göndərilməsinin dayandırıldığını və bu məsələdə hər hansı bir dəyişiklik olmadığını söyləyib.

“Türk pilotların təlimləri davam edəcək”

Pahon türk pilotların təlimləri məsələsində heç bir dəyişikliyin olmadığını deyib: “Təlimlər davam edəcək”.

Beləliklə, Türkiyənin mülkiyyətinə keçmiş F-35 təyyarələrinin sayı 4-ə çatıb. Bundan əvvəl də Türkiyənin mülkiyyətinə keçmiş təyyarələrlə bağlı təlim prosesi Arizonadakı Hərbi Hava bazasında davam edir. Lyuk bazasındakı təlim prosesi 1-2 il müddətində davam edir. Pentaqonun mətbuat katibi Çarlz Sammers də Pentaqondakı mətbuat konfransında türk pilotların təlimlərinin davam elədiyini bildirmişdi.

Bu yaxınlarda ABŞ F-35 qırıcılarının ehtiyat hissələrinin Türkiyəyə göndərilməsi qərarını ləğv eləmişdi. Qırıcıların bəzi hissələri Türkiyədə istehsal edilir.

Vaşiqntonun bu addımı atmasının səbəbinin Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alması olduğu bildirilir.

ABŞ Konqresinin martın 28-də qəbul elədiyi qərara görə, Türkiyəyə F-35 qırıcılarının göndərilməsi qdağan edilib. Senatorlar təklif ediblər ki, Ankara Rusiyadan S-400 sistemlərinin alınmasından imtina edənə qədər qırıcılar Türkiyəyə göndərilməsin. Beləliklə, Türkiyə F-35 təyyarələrini alsa da, onlar hələlik Arizondakı bazada saxlanılır.

Müqaviləyə görə, Türkiyə ABŞ-dan 100 ədəd qırıcı almalı idi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA