ABŞ və Səudiyyə Ərəbistanının ÇİRKİN QÜDS PLANI İFŞA EDİLDİ - İsrail mətbuatı yazır

ABŞ və Səudiyyə Ərəbistanının ÇİRKİN QÜDS PLANI İFŞA EDİLDİ - İsrail mətbuatı yazır

Hurriyyet.org xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının üzərində razılaşdıqları çirkin Qüds planının yeni detalları üzə çıxıb. Plana görə, Qüds İsrailin paytaxtı olacaq, Fələstin isə yeni paytaxt olaraq Abu Dis şəhərini qəbul edəcək, 1948-ci ildəki ərəb-İsrail müharibəsindən sonra İsraili tərk edən fələstinlilərin geri dönüş hüquqları da əllərindən alınacaq. Tramp da dünən Mahmud Abbasa ABŞ səfirliyini Qüdsə köçürmək niyyətini telefon danışığı vasitəsilə açıqlayıb. ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşerin liderliyi ilə tətbiq edilməyə başlanılan Qüds planının detalları yavaş-yavaş meydana çıxmaqdadır.

“Yerusəlim Post”: “Fələstinlilərə Abu Dis şəhərini özlərinə paytaxt seçmək təklif olunacaq”

“Yeni Şafak” qəzetinin yazdığına görə, İsrailin “Yerusəlim Post” qəzetində dərc olunan bir məqalədə ABŞ-ın Qüdsü İsrailin paytaxtı qəbul eləməsinin qarşılığınnda Fələstin dövlətinin paytaxtı olaraq Qüds yaxınlarındakı Abu Dis şəhərinin təklif edildiyi iddia edilib. Oktyabr ayının axırında Riyada gizlincə səfər elədiyi aşkara çıxan Kuşnerin vəliəhd şahzadə Məhəmməd bin Salmanı bu plana razı saldığı bildirilir.

Mahmud Abbası hədələyiblər: “Ya bu planı qəbul elə, ya da istefa ver!”

Kuşnerdən sonra Fələstinin başçısı Mahmud Abbas ilə görüşən Salmanın görüş zamanı bu planı təqdim elədiyi deyilir. Riyadda keçirilən görüşdən sonra Abbasa “ya bu planı qəbul elə, ya da istefa ver” təhdidinin edildiyi də mediada əks olunmuşdu. Səudiyyə Ərəbistanı ilə Fələstin hökumətləri Abbas ilə Salmanın görüşü zamanı bu planın gündəmə gəldiyini inkar eləsələr də, planın ərəb dünyasında müzakirə edildiyi yazılır.

Qaçqınların geriyə qayıdışı əngəllənəcək

Plana görə, 1948-ci ildəki ərəb-İsrail müharibəsindən sonra İsraili tərk edən fələstinli qaçqınların və onların nəsillərinin də geriyə qayıdış hüququ əllərindən alınacaq.

Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanımaq qərarına canlı yayımda imza atıb.

Hurriyyet.org

  • Hamısı
  • Loading...