ABŞ XİN-in heyəti tərəfdaşı olan PKK terrorçuları ilə görüşdü – Suriyanın quruluşunu dəyişmək planları

ABŞ XİN-in heyəti tərəfdaşı olan PKK terrorçuları ilə görüşdü – Suriyanın quruluşunu dəyişmək planları

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN-dən gəlmiş, Maks Martinin başçılıq etdiyi nümayəndə heyəti Suriyanın şimalında PYD/PKK-nın işğalı altındakı ərazilərə səfər edib və dünən PYD/PKK-nın qondarma həmsədrinin müavini Aldar Xəlil Qəndildən gələn terrorçu başçıları Fevze Yusif və Bedran Ciya Kürt ilə görüşüb.

Görüş zamanı terror təşkilatı üzvləri amerikalı məmurlara Suriyada federal sistem qurulması tələblərini bildiriblər.

Heyət daha sonra Aynularaba (Kobani) keçərək, PYD/PKK üzvlərinin əksəriyyət təşkil elədiyi SDQ-nin qondarma komandiri Şahin Cilo kod adlı Fərhad Abdi Şahin ilə danışıq aparıblar.

ABŞ heyəti Rakkanın idarəsinin mülki şəxslərdə olduğunu nümayiş etdirmək məqsədilə terror təşkilatının Rakkada qurduğu məclisin üzvləri ilə görüşərək, əhalisi qaçqın düşmüş, xarabalığa çevrilmiş şəhərin yenidən inşa edilməsini müzakirə edib.

Qəndil terrorçularının tanınmış şəxslərindən olan Cilo uzun müddətdir ki, PYD/PKK-nın silahlı hücumlarını idarə edir. Amerikalılar bölgədəki əməliyyatlarının çoxunu Cilo vasitəsi ilə həyata keçirirlər.

Suriyada bir müddər PYD/PKK terror təşkilatının şaxəsi olan SDQ-nin mətbuat katibi olduqdan sonra bölgədən qaçan Talal Silo “Anadolu agentliyi”nı verdiyi açıqlamada “Cilo ilə ABŞ hökuməti arasında mükəmməl bir koordinasiya olduğunu” söyləmişdi.

Maks Martin Türkiyə ilə Rusiyanın təşəbbüskarı ilə təşkil edilən Astana sammitlərində ABŞ heyətində olsa da, son görüşdə iştirak eləməmişdi.

Beləliklə, terrorçu qüvvələr vasitəsilə həyata keçirilən “Böyük Yaxın Şərq Layihəsi”nin növbəti mərhələsi başlayır: İŞİD-in əhalisini qaçqın salaraq, xarabaya çevirdikdən sonra PKK/PYD-yə təhvil verdiyi ərazilərin federallaşmasına doğru atılan addımlar – Suriya dövlətinin parçalanması, ən azı, əvvəlki vəziyyətinə bir daha qayıda bilməməsi deməkdir.

Hurriyyet.org

Loading...

QALEREYA