ABŞ YENİ SANKSİYALARA HAZIRLAŞIR?

  • 2018-11-08 11:08:13
  • |
  • Dünya /

ABŞ YENİ SANKSİYALARA HAZIRLAŞIR?

Hurriyyet.org xəbər verir ki, Rusiya maliyyə nazirinin müavini Sergey Storçak, ABŞ-ın Rusiya dövlət borcuna qarşı sanksiya tətbiq edəcəyi təqdirdə beynəlxalq platformalarda qərara etiraz edəcəklərini bildirərək deyib: “Sanksiyalar səbəbindən yarana biləcək büdcə kəsirinin öhdəsindən ehtiyatlarımız sayəsində gələ bilərik”. Storçak, paytaxt Moskva şəhərində jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Rusiyanın dövlət borcuna sanksiya tətbiq eləmək planları ilə bağlı yeni məlumatlara malik olmadıqlarını söyləyib.

ABŞ-ın yeni sanksiya qərarı verəcəyi təqdirdə müxtəlif platformalarda etirazlarını bildirəcəklərinə işarə vuran Storçak deyib: “Başda G-20 və Maliyyə Sabitliyinə Nəzarət Şurası olmaqla, beynəlxalq platformalarda ABŞ hakimiyyətinin qərarına etirazımızı bildirəcəyik”.

Qeyd edək ki, mətbuatda ABŞ Maliyyə Nazirliyinin Rusiyanın dövlət borcları ilə əlaqədar əməliyyatları qadağan eləmək və ən böyük Rusiya banklarının dollarla əməliyyat keçirməsini məhdudlaşdırmağa yönəlik sanksiyalarının bir ay ərzində tətbiq edilə biləcəyi xəbərləri yayılıb.

Hurriyyet.org

Loading...

QALEREYA