Abdulatipovun qardaşı oğlu həbs olundu

  • 2018-07-07 10:47:00
  • |
  • Region /

Abdulatipovun qardaşı oğlu həbs olundu

Mahaçqala məhkəməsi Dağıstanın keçmiş rəhbəri, hazırda Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Ramazan Abdulatipovun qardaşı oğlu Əshabəli Abdulatipov barəsində qətimkan tədbiri seçib.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Qafqaz.Reallıqlar” nəşri xəbər yayıb.

İnformasiyaya əsasən, 2018-ci ilin mayına qədər Avtonəqliyyat Təsərrüfatı İdarəsinə (hökumət qarajı, harada ki, büdcə vəsaiti hesabına onun əmisinin zirehli avtomobili də saxlanılıb) başçılıq etmiş Ə.Abdulatipov vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir.

Nəşrin məlumatına görə, Əshabəli Abdulatipov Dağıstanın keçmiş baş nazir müavini Ramazan Əliyevlə bir gündə-4 iyulda saxlanılıb, amma ondan fərqli olaraq, onun evində axtarış aparılmayıb. Əliyev və Abdulatipov bir cinayət işinin fiqurantlarıdır. Müstəntiqlər güman edirlər ki, Əshabəli Abdulatipov Ramazan Əliyevin sərəncamı ilə fərdi şəxslərin avtomobillərinə xidmət göstərib və bununla dövlətə 18 milyon rubldan yuxarı məbləğdə zərəri vurub.

Loading...

QALEREYA