ABDULLA GÜLƏ AĞIR SÖZLƏR: “Nankorluq göz zəifliyindən yox, vəfa yoxsulluğundandır”

  • 2019-05-13 18:37:13
  • |
  • Region /

ABDULLA GÜLƏ AĞIR SÖZLƏR: “Nankorluq göz zəifliyindən yox, vəfa yoxsulluğundandır”

Hurriyyet.org xəbər verir ki, Ali Seçki Şurasının qərarından sonra Abdullah Gülün verdiyi açıqlamaları ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu çıxışa ən sərt etirazı isə “Haber 7” qəzetinin yazarı Esra Elönü verib. Elönünün məqaləsi belə adlanır: “Nankorluq div boydadır, vəfa isə arpa boyda deyil”.

Esra Elönü yazır: “Nankorluq göz zəifliyindən yox, vəfa yoxsulluğundandır”.

Məqalədə deyilir: “Abdullah bəy, düşmənin çörəyinə yağ sürtmək bir yana qalsın, üzərinə gül mürəbbəsi də çəkmisiniz. Lakin sizin yazdıqlarınız xanım Gülün daxili səsidir, siz də burada o səsi bayıra yayan dinamik kimisiniz.... Bir-birinizə olan qəzəbiniz sizi haqsızlıq eləməyə sövq eləməsin”.

Qeyd edək ki, Abdullah Gül Ali Seçki Şurasının qərarını tənqid edərək, CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA