Abdullah Öcalanın vəkillərlə görüşünə İCAZƏ VERİLDİ

  • 2019-05-16 18:09:55
  • |
  • Region /

Abdullah Öcalanın vəkillərlə görüşünə İCAZƏ VERİLDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Abdullah Öcalanın vəkilləri ilə görüşlə bağlı qadağasının ləğv edildiyini bəyan edib. Gül məhkumların vəkilləri ilə görüşünün onların qanuni hüquqları olduğunu söyləyib.

Ədliyyə naziri Gül İşgəncələrə Qarşı Avropa Komitəsinin üzvlərinin İstanbul, Diyarbakır, Silivri, Şanlıurfa həbsxanaları ilə yanaşı, Abdullah Öcalanın dustaq olduğu İmralı həbsxanasında da olduğunu bildirib.

​İmralıdakı qapalı həbsxanada olan Abdullah Öcalan, 8 il fasilədən sonra 2 may cümə axşamı günü vəkilləri ilə görüşüb. Öcalan vəkillərinin vasitəsilə verdiyi açıqlamada aclıq etirazlarının dayandırılması, şiddət əvəzinə yumşaq gücdən istifadə edilməsi və Suriyada Türkiyənin həssaslıqlarına qarşı anlayışla davranmaq müsajları vermişdi. Öcalan son dəfə 2019-cu il 12 yanvar tarixində qardaşı Mehmet Öcalanla görüşmüşdü.

Abdullah Öcalanın Keniyada tutulub Türkiyəyə gətirilməsinin (15 fevral 1999) üzərindən 20 il keçib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA