ABIRIN NƏ OLDUĞUNU BİLƏNLƏR ABIRSIZ OLMAZ - Aynur Camalqızına açıq məktub!

ABIRIN NƏ OLDUĞUNU BİLƏNLƏR ABIRSIZ OLMAZ - Aynur Camalqızına açıq məktub!

Hörmətli Aynur xanım!

Sizə yazdığımız açıq məktubun sərlövhəsi ADP sədri Sərdar Cəlaloğlunun aforizmlərindəndir. Bu açıq məktubu bizi yazmağa vadar edən isə bütün etik çərçivələri aşaraq, mətbuat nümayəndəsi “mandatı” altında gizlənib, iqtidarı müdafiə etmək (əslində “ayı xidməti” göstərmək) və bəlli çıxar dairələrinin (xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmasına maraqlı olmaqda ittiham edilən) maraqlarını müdafiə etməyə uğursuz cəhd etmək məqsədi ilə ADP sədri haqqında mətbuata verdiyiniz müsahibə oldu. Sizi fikirlərinizdən bir hissəni olduğu kimi özünüzə xatırlatmaq istəyirik. S.Cəlaloğlunu nəzərdə tutaraq yazırsınız: “Xüsusilə belə müzakirələrdə sui-istifadə və beynəlxalq hüquqdan “misal” gətirməklə, radikallığa bəraət qazandırma cəhdlərinə son verilməlidir… Hər bir siyasətçi sözünün məsuliyyətini anlamalı, populizmdən uzaq olmalıdır və nəzərə almalıdır ki, dediyi söz mütləq araşdırılacaq. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun BMT Nizamnaməsində insanların üsyan etmək hüququnun olduğu haqda fikri diqqət çəkməyə bilməzdi. Sərdar Cəlaloğlu dedi ki, BMT nizamnaməsinin 26-cı maddəsində qeyd olunur ki, öz istedad və qabiliyyətlərini inkişaf etdirə bilməyən insanların hakimiyyətə qarşı “üsyan etmək hüququ” var. Əlbəttə, BAXCP sədri Qüdrət Həsənquliyev buna dərhal reaksiya verdihamıya da bəllidir ki, “üsyan hüququ” ola bilməz. Çünki bu iddia BMT-nin fəlsəfəsi, onun təməl prinsipləri ilə daban-dabana ziddir. Hər kəsə bəllidir ki, BMT hər hansı bir zorakılığa, aqressiyaya qarşı olan təşkilatdır. S.Cəlaloğlunun dediklərinin əksinə, BMT millətlərin və dövlətlərin həmrəyliyini, dinc birgəyaşayışını təmin etmək üçün yaradılmış bir təşkilatdır. BMT Nizamnaməsində ümumiyyətlə 26-cı maddə insan hüquqları ilə bağlı deyil, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində isə yalnız təhsil hüququna toxunulur. Yəni Sərdar Cəlaloğlunun öz absurdu üçün “istinad” etdiyi mənbələrdə tamamilə fərqli məsələlər əksini tapıb. Bir kəlmə ilə desək, bu biabırçılıqdır...

Göründüyü kimi, burada Sərdar Cəlaloğlunun iddia etdiyi “üsyan hüququ”ndan söhbət açılmır və təbii ki, belə də olmalıdır. Çünki üsyan və qiyam beynəlxalq hüquqda qəbul olunmayan ifadələrdir. Hətta fikir versək, görərik ki, hər hansı bir ölkədə silahlı qarşıdurma baş verəndə, BMT həmin dövlətin iqtidarını və orada hakimiyyətə qarşı çıxan qüvvələri problemin həllinə dinc yolla, dialoqla nail olmağa çağırır. BMT dövlətləri və xalqları sülhə və dialoqa çağırır. Bunun başqa alternativi ola bilməz. Təsadüfi deyil ki, elə həmin tədbirdə BAXCP sədri Qüdrət Həsənquliyev Sərdar Cəlaloglunun “üsyanetmə” çağırışını ekstremist yanaşma adlandırdı. Çünki bu tip çağırışlar cəmiyyətə yalnız neqativ mesajların ötürülməsi deməkdir. Sabitlik və təhlükəsizlik isə yalnız iqtidarın məsələsi deyil. Hər bir vətəndaş bu məsələyə dövlətçilik prizmasından yanaşmalıdır, o cümlədən müxalifət partiyalarının liderləri də.

Təəssüf ki, bizdəki bəzi müxalifət partiyalarının rəhbərləri öz məsuliyyətlərinin fərqində deyillər. Müxalifət özü intellektdə, dünyagörüşdə fərqlənməyə çalışmalıdır ki, iqtidar nümuyəndələri də bu intellektlərlə görüşdə maraqlı olsunlar. Bir anlıq təsəvvür edin: Yalançı “məntiqi” üçün BMT Nizamnaməsini şərləyən siyasi liderlə hansı məsələnin müzakirəsini aparmaq olar? İqtidar bu cür təfəkkür sahibləri ilə nə deyib növbəti dəfə bir araya gəlmək istəyər?...

Və yaxud, efirlərə buraxılmamalarından şikayətlənirlər. Bu məntiq və savadla, qanunsuz çağırışlara absurd “əsaslandırma” cəhdi ilə hansı media qurumu onları efirə buraxar?... Ona görə də hesab edirəm ki, müxalifətin təmsilçiləri daha intellektli yanaşmada maraqlı olmalıdırlar ki, həm iqtidarın, həm də onları dinləyənlərin diqqətini cəlb edə bilsinlər, nəinki özlərini rüsvay etsinlər”.

Xarici təşkilat nümyəndələrinin bu tədbirə dəvət olunması təklifi ilə bağlı isə yazmısınız: “Hesab edirəm ki, bu, müzakirənin mövzusu ilə daban-dabana zidd olardı. Əgər biz siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi məsələsini müzakirə ediriksə, deməli, bu tamamilə bizim daxili işimizdir. Belə tədbirlərə hansısa xarici ölkələrin səfirliklərini, diplomatik korpusları və yaxud da hansısa beynəlxalq təşkilatların nümayəndələrini dəvət etməyə xüsusi lüzum görmürəm”.

Hörmətli Aynur xanım!

Yaydığınız məlumatda S.Cəlaloğlunu “biabır olmaqda və özünü rüsvay etməkdə” ittiham edirsiniz. Görünür, siz ümumimiyyətlə “abır” və “rüsvay” sözlərinin mənasını bilmirsiniz. Halbuki, sizin bir mətbuat işcisi kimi bu cür məsələlərə diqqət etməniz daha vacibdir, nəinki özünüzü iqtidar nümayəndəsi kimi aparıb, eyni qrupa daxil olduğunuz şəxslərlə duet təşkil edərək, ADP sədrini “məsuliyyətsizlikdə”, “savadsızlıqda” ittaham etməyiniz. Azərbaycan dilinin izahlı lüğətində dilimizə farscadan keçmiş “abır” sözü həya, heysiyyat, şərəf, hörmət, qədir-qiymət mənalarını verir, “bi” sözönü şəkilçisinin isə inkar bildirdiyini nəzər alsaq, “biabır” sözünün - həyasız, heysiyyatsız, şərəfsiz, hörmətsiz, qədir-qiymətsiz mənası verdiyi aydın olur. Beləliklə, siz ADP sədrinin Konstitusiya ilə qorunan şərəf və ləyaqət hüququnu kobud sürətdə pozmuş və bizə buna cavab vermək haqqı vermisiniz.

Bizə görə, həyasızlıq, heysiyyatsızlıq, şərəfsizlik adi bir saxta mandat alıb, özünü xalq təmsilçisi kimi göstərmək, “media kapitanı” adı altında böyük biznes şəbəkəsi yaratmaq və sözə, fikirə xidmət etmək əvəzinə, dövlər büdcəsini boşaldanların verdiyi çirkli pullarla xalqın, dövlətin mənafelərini müdafiə edənlərə hücüm etməkdir.

Sizin həmin tədbirdə deputat Qüdrət Həsənquliyevin çıxışına istinad etməniz də təsadüfi deyil və sizi Sərdar Cəlaloğlunun fikirlərinə münasibətdən daha çox, şeylərin birləşdirdiyini hamı bilir. Əgər siz həddinizi aşaraq bir partiya sədri haqqında bu cür qeyri-etik fikirlər səsləndirməsəydiniz və özünüzü bu tədbirin təşkilatçısının yerinə qoyub, artıq-əskik danışmasaydınız, ola bilsin ki, biz də sizə sizin kim olduğunuzu bir daha xatırladıb, öz həddinizi və yerinizi göstərmək əziyyətinə düşməzdik.

“Təəssüf ki, bizdəki bəzi müxalifət partiyalarının rəhbərləri öz məsuliyyətlərinin fərqində deyillər… Yalançı “məntiqi” üçün BMT Nizamnaməsini şərləyən siyasi liderlə hansı məsələnin müzakirəsini aparmaq olar? İqtidar bu cür təfəkkür sahibləri ilə nə deyib növbəti dəfə bir araya gəlmək istəyər?... Və yaxud, efirlərə buraxılmamalarından şikayətlənirlər. Bu məntiq və savadla, qanunsuz çağırışlara absurd “əsaslandırma” cəhdi ilə hansı media qurumu onları efirə buraxar?”, - yazırsınız. Əvvala, həmin tədbirə qatıldıqları üşün S.Cəlaloğlu və digər liderlər müxalifətin digər radikal qanadı tərəfindən hücüma məruz qalıblar. Və onların həmin tədbirə qatılmalarını siz və sizin təmsil etdiyiniz qüvvələrə bir minnət kimi qəbul etməlisiniz. Əks halda həmin tədbir sizin, Qüdrət Həsənquliyevin, Mirşahinin iştirakı ilə bir “mühüm dövlət tədbiri” statusu alacaqdı. İkincisi, siz Sərdar Cəlaloğlunu “məsuliyyətsizlikdə”, “yalançı məntiq üçün BMT Nizamnaməsini şərləməkdə”, “savadsızlıqda”, “qanunsuz çağırışlara absurd əsaslandırma cəhdində” ittiham edir və belə liderlərlə növbəti dəfə bir araya gəlməyin mümkünsüzlüyündən danışır, onları hər hansı bir media qrupunun efirə buraxmayacağı ilə hədələyirsiniz. Əvvala, bu cür tədbirlərin milli həmrəylik istiqamətində atılması sizi və mənsub olduğunuz dairəni narahat etdiyindən, əlbəttə, belə toplantıların bir daha keçirilməməsində maraqlı olduğunuz təbiidir. Və buna görə də, guya əsaslı arqument gətirirsiniz. İkincisi, sizin kimi media qruplarının minnəti olsun ki, Sərdar Cəlaloğlu gəlib orada çıxış etsin. S.Cəlaloğlunun o tədbirə qatılması cəmiyyətdə gərginliyin azaldılmasına xidmət edir, nəinki hansısa çağırşlara. S.Cəlaloğlunun ardıcıl olaraq inqilab və üsyanların əleyhinə olduğunu sizdən və Qüdrət Həsənquliyevdən başqa etiraf etməyən bir nəfər belə, tapmaq mümkün deyil. S.Cəlaloğlunun sizin media qrupununun xidmətinə heç bir ehtiyacı yoxdur. Çünki xalqına və dövlətinə xidmət edən, söz və fikir azadlığına sadiq qalmış bütün media qrupları S.Cəlaloğlu ilə əməkdaşlıq etməkdən fəxr edirlər.

O ki qaldı Sərdar Cəlaloğlunun “biabır olması” iddianıza, bir daha yazdıqlarınızı xatırladaq: “Hər bir siyasətçi sözünün məsuliyyətini anlamalı, populizmdən uzaq olmalıdır və nəzərə almalıdır ki, dediyi söz mütləq araşdırılacaqHamıya da bəllidir ki, “üsyan hüququ” ola bilməz. Çünki bu iddia BMT-nin fəlsəfəsi, onun təməl prinsipləri ilə daban-dabana ziddir. Çünki üsyan və qiyam beynəlxalq hüquqda qəbul olunmayan ifadələrdir”. Sizin dediyinizdən belə çıxır ki, siz Sərdar Cəlaloğlunun dediklərini araşdırmısınız və adı gedən sənəddə “üsyan” ifadəsinə və S.Cəlaloğlunun səsləndirdiyi fikirlərə rast gəlməmisiniz. BMT-nin 10 dekabr 1948-ci il tarixli “İnsan hüquqları ümumi deklarasiyasının” preampulasının üçüncü, yeddinci hissələrində bu sənədin “insanın son vasitə, tiraniyaya və istismara qarşı üsyana əl atmağa məcbur olmamasından ötrü insan hüquqlarının hakimiyyət tərəfindən qorunmasının vacibliyi, bu hüquq və azadlıqların xarakterinin ən ümumi anlanılmasının bu öhdəlikləri yerinə yetirmək üçün müstəsna əhəmiyyəti” nəzərə alınaraq qəbul edildiyi vurğulanır. Göründüyü kimi, sizin dediyinizin əksinə, S.Cəlaloğlunun fikirləri nəinki sizin iddia etdiyiniz kimi “BMT-nin fəlsəfəsi, onun təməl prinsipləri ilə daban-dabana ziddir”, əksinə BMT-nin fəlsəfəsi (?!) onun təməl prinsiplərinin əsasını təşkil edir və bu sənəddə vətəndaşların son çarə kimi üsyana əl atmaması üçün dövlətlər üzərində öz vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək öhdəliyi qoyur.

Hüquq təhsil aldığını iddia edən və millət vəkili (əslində isə iqtidar vəkili), Qüdrət Həsənquliyev ola bilsin ki, bu sənədi heç vaxt oxumayıb, ona görə də “üsyan” ifadəsinin bu sənəddə ola bilməsini inkar edir, amma siz Hər bir siyasətçi sözünün məsuliyyətini anlamalı, populizmdən uzaq olmalıdır və nəzərə almalıdır ki, dediyi söz mütləq araşdırılacaq” demisiniz və guya araşdırmısınız. Amma dediyinizin əksinə, bu sənədi bir tam kimi araşdırmamısınız. Əgər araşdırsaydınız, bu zaman sənədin başlanğıcında, sənədin qəbul edilməsinin zəruri şərtlərinə, yəni sizin dilinizlə desək, fəlsəfəsi və prinsiplərinə insan hüquq və azadlıqları ilə bağlı deklarasiyaya insanların üsyana məcbur olmamaları üçün dövlətlərin könüllü olaraq qoşulduqlarını bilərdiniz. Amma nə yazıq ki, sizin məqsədiniz həqiqəti üzə çıxarmaq yox, sifarişlə S.Cəlaloğlunu “biabir” etmək olduğundan, bu mühüm beynəlxalq sənədi belə saxtalaşdırmağa və özünüzdən çoxlu yalan uydurmağa cəhd etmisiniz. S.Cəlaloğlunun dedikləri həmin sənədin 26-cı yox, 29-cu maddəsində öz əksini tapıb. Həmin maddənin birinci hissəsində deyilir: “Hər bir insan o cəmiyyət qarşısında öhdəliyə malikdir ki, yalnız orada onun şəxsiyyətinin azad və tam inkişafı mümkündür”. Bu normanın əksikliklərdən dolayı məntiq üsulu ilə mənası ondan ibarətdir ki, “şəxsiyyətinin azad və hərtərəfli inkişafı mümkün olmayan cəmiyyət qarşısında insanın heç bir öhdəliyi yoxdur”. Bu cür öhdəliklərə ictimai nizama tabe olmaq, demokratik cəmiyyətdə ümumi rifaha xidmət etmək, əxlaqın ədalətli tələblərinə əməl etmək, başqalarının hüquq və azadlıqlarına hörmət ertmək, bir sözlə hakimiyyətə könüllü tabe olmaq aiddir. Beləliklə, maddənin kommentariyasından aydın olur ki, əgər cəmiyətdə şəxsiyyətin azad və tam inkişafı hakimiyyət tərəfindən tam məhdudlaşdırılıbsa, yəni onun üzərində total nəzarət təmin edilibsə, həmin insanın cəmiyyət qarşısında heç bir öhdəliyi ola bilməz. Bu da həmin sənədin preampulasında “son vasitə kimi üsyana əlt atmağın” hüquqi “formulirovka”sından ibarətdir. Beləliklə, S.Cəlaloğlunun mexaniki səhv olaraq “29” rəqəmini, “26” deməsi onu biabır etmir. Bu cür mexaniki səhvlərə böyük dövlət başçılarının da çıxışlarında dəfələrlə rast gəlinib. Sizin verdiyiniz müsahibə əslində S.Cəlaloğluna hücum edərək beynəlxalq hüququ təhrif etməniz və özünüzün maskanızı cıraraq, əslində hakimiyyətin məlum qanadının xidmətində dumağınıza görə, sizi biabir edir.

S.Cəlaloğlu üsyana çağırış etmir, radikallığa bəraət qazandırmır. Ən azından ADP Azərbaycanda yeganə siyasi qurumdur ki, rəsmi şəkildə konstruktiv mövqeyə keçməsi ilə bağlı qərar qəbul edib və bu qərara görə digər müxalifət qüvvələri tərəfindən az qala vətənə xəyanətdə ittiham olunur. Məhz konstruktiv möqeyə görə ADP iqtidarın tədbirlərində iştirak edir. Amma bu o demək deyil ki, dövləti və xalqı, o cümlədən hər birimizi gözləyən təhlükələrdən danışmaq olmaz. Əksinə, özünün konstruktiv mövqeyinə görə, fikirlərinin qərəzsiz qəbul ediləcəyinə ümid edərək S.Cəlaloğlu ardıcıl olaraq iqtidara konstruktiv təkliflər verir, buna paralel aparılan yanlış siyasətin ölkənin daxili işlərinə xarici qüvvələrin qarışmaq təhlükəsini və vətəndaşları daha radikal mübarizəyə qalxmağa istiqamətləndirən səbəbləri bəyan edir. Buna görə də, iqtidarın strateji araşdırmalar mərkəzinin rəhbərinə “ictimai rəyin radikallaşması” probleminin araşdırılmasını təklif etdi. Yoxsa, bir beynəlxalq hüquq normasını xatırlatmaq və ona şərh vermək çağırış hesab edilə bilməz. Çağırış sizin və sizə züy tutan həmkarılarınızın çağırışı kimi olur. Məsələn: “Hansı media qurumu onları efirə buraxar” və ya “BMT Nizamnaməsini şərləyən siyasi liderlə hansı məsələnin müzakirəsini aparmaq olar? İqtidar bu cür təfəkkür sahibləri ilə nə deyib növbəti dəfə bir araya gəlmək istəyər?”

Bu arada sual doğur. Siz nə üçün iqtidar və müxalifətin bir araya gəlməsindən bu qədər narahatsınız? Halbuki orada olan diskussiyada kəskin reaksiyalar olsa da, bütün tərəflər bu görüşlərin intensiv davam etdirilməsində maqlı olduqlarını bəyan etdilər, hakimiyyətin və hakim partiyanın nümayəndəsi ilə eyni bir sənədə imza qoydular. Əgər sizin dediklərinizdə bir damla həqiqət olsaydı, iqtidar və müxalifət bir çox taleyüklü məsələdə vahid mövqedən çıxış edərdimi? Bizcə, sizi narahat edən də məhz budur. Azərbaycan naminə iqtidar və müxalifətin bir araya gəlməsi, milli həmrəylik nümayiş etdirməsi, Qarabağ məsələsində vahid mövqedən çıxış etməsi və s. Yoxsa siz bu qüvvələrin xarici dövlətlərin Azərbaycanda siyasi proseslərə qarışması əleyhinə atdıqları addımlardan narahatsınız? Bu, maraqlarını müdafiə etdiyin dairələrin istəyidir, ya könüllü olaraq öz üzərinizə götürdüyünüz yeni bir missiyadir?

“Hürriyyət”