Abşeron sakini məmur özbaşınalığına etiraz edir - “Səlahiyyətli şəxslərin “saqqalının altından keçməyə” maddi imkanımız olmadı...”

Abşeron sakini məmur özbaşınalığına etiraz edir - “Səlahiyyətli şəxslərin “saqqalının altından keçməyə” maddi imkanımız olmadı...”

Telman Mirzəməmmədov qanuni torpaq sahəsinə mülkiyyət sənədi verilməməsindən narazıdır

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsi, ev 176-da yaşayan Mirzəməmmədov Telman Heybət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə başçısına və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən müəllif bildirir ki, uzun müddətdir ailəsi ilə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində, İ.Dadaşov küç, 176 ünvanda yerləşən fərdi evində yaşayır:

“Bu evə qeydiyyat sənədim var. Və mən iki dəfə həmin ünvanda 0,10 ha torpaq sahəsi üzərində Reyestr Xidməti tərəfindən 32974 N-li reyestr kitabına yazılmış və 322 N-li inventar işi olan və mənim adıma QEYDİYYAT Vəsiqəsi verilmiş evimin yerləşdiyi torpaq sahəsinin də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 4 saylı Ərazi İdarəsinə 14.12.2016-cı il və 15 may 2018-ci il tarixli, 1618008931 qeyd N-li ərizə ilə müraciət etmişəm. Ərizəmin hər ikisinə əlavə etdiyim sənədlərə rəğmən, idarə rəisi F.İsayevin 06.06.2018-ci iltarixli imzası ilə daxil olmuş cavab məktubunda bildirir ki, “...eyni məzmunlu müraciətinizə 06 yanvar 2017-ci il tarixli, 173220000038 nömrəli məktubla münasibət bildirilmişdir”.

Həmin rəsmi məktubda isə imtinanın səbəbi olaraq bildirilir ki, “Torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Eyni zamanda bildirirk ki, torpaq sahəsinin ayrıc aktı və ya ilkin yerquruluşu planının sənədlərə əlavə edilmədiyi, istifadənizdə artıq torpaq sahəsinin olduğu aşkar edilmişdir”.

Cavab olaraq bildirirəm ki, rəsmi məktubda qeyd edildiyi kimi, 1000 kv.m torpaq sahəsinin ayrılması barədə yerli qəsəbə nümayəndəliyinin 23 dekabr 1999-cu il tarixli sərəncamı nəzərə alınmır. Sual olunur, o zaman niyə həmin torpaq sahəsi üzərində tikdiyim 51 kv.m. sahəsi olan evimin 13.10.2012-ci il tarixli QEYDİYYAT vəsiqəsində mülkiyyətin hüquqi əsası kimi Abşeron r-n, Aşağı Güzdək qəsəbə nüm. 23.12.1999-cu il tarixli sərəncamı göstərilmişdir? Digər tərəfdən, həmin evə Texniki pasport 2006-cı ilin yanvarında verilmiş və torpaq sahəsinin planı da qeyd edilmişdir.

3.Abşeron rayon Arxiv İdarəsinin 30.12.2014-cü il tarixli ARAYIŞında bir daha təsdiq edilir ki, “ Abşeron rayonu, Aşağı Güzdək qəsəbə nümayəndəliyinin 07 saylı, 30.12.1999-cu il tarixli sərəncamına əsasən Mirzəməmmədov Telman Heybət oğluna fərdi mənzil tikintisi üçün 1000kv.m torpaq sahəsi ayrılsın.

4.Digər sənəd-Aşağı Güzdək Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ayrıc aktı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar A.Əliyevin təsdiq etdiyi möhürlə razılaşdırlılmışdır.

Yəni rəsmi məktubda qeyd edilən iradların - “torpaq sahəsinin ayrıc aktı və ya ilkin yerquruluşu planının sənədlərə əlavə edilmədiyi, istifadənizdə artıq torpaq sahəsinin olduğu aşkar edilmişdir” - təqdim edilmiş sənədlər əsaında əsassız olduğu sübuta yetirilir. Göründüyü kimi, burada heç bir artıq torpaq sahəsindən söhbət gedə bilməz və yerquruluşu planının, sənədlərə daxil edilmədiyi yalan və əsassız fərziyələrdir.

Digər fakt ondan ibarətdir ki, yaşadığım qəsəbə ərazisində qonşuluğumda olan mən qarışıq 12 belə yerin 10-na 4 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mülkiyyət sənədi təqdim etmişdir. Mənə çatdıqda isə, ayrısekçilik edərək rəsmi imtina məktubu yazırlar. Nə baş verir? “Kasıba çatdı, dərman yatdı”, yoxsa idarənin səlahiyyətlilərinin saqqalının altından keçməyə maddi imkanımız olmadı? Təbii ki, bu məsələ hüquq-mühafizə orqanlarının işidir və son illərdə təkcə mənim yaşadığım ərazi üzrə, özlərinin qeyd etdikləri kimi, qəsəbə nümayəndəliklərinin torpaq sahəsi barədə eyni dövr üçün verdikləri sərəncamlar 10 nəfər qanuni hesab olunur, amma mənə aid olan hissədə qanunsuz hesab olunur.

4 saylı İdarə rəhbərliyi bu qanunsuz hərəkətilə, mənə əsassız imtina məktubu göndərməklə, digər oxşar işlərlə bağlı 10 vətəndaşın torpaq sahələrinə mülkiyyəti təsdiq edən sənədlər verməklə öz subyektiv maraqlarını təmin etmişdir. Yəni vəzifə səlahiyyətindən süi-istifadə etmişdir, insanlar arasında ayrıseçkiliyə yol vermişdir, vəzifə saxtakarlığına yol vermişdir. Bir sözlə, ciddi korrupsiyaya yol vermişdir.

Cənab Prezident!

Sizdən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 sylı Ərazi İdarəsinin son illərdə qeyd etdiyim fakt üzrə törətdiyi korrupsiya faktlarının araşdırlımasına göstəriş verməyinizi və mənə məxsus qanuni aldığım 1000 kv.m torpaq sahəsinə mülkiyyət sənədinin verilməsinə köməklik etməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA