Abşeron və Sumqayıtda internet kəsilib - SƏBƏB

  • 2019-02-28 11:38:24
  • |
  • Sosial /

Abşeron və Sumqayıtda internet kəsilib - SƏBƏB

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

Sayt məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxlayıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA