Abşeronda iki avtomobil toqquşdu: ölən var

Abşeronda iki avtomobil toqquşdu: ölən var

Abşeron rayonunun Qobu qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 15 radələrində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA