Abşeronda şərnişin avtobusu TIR-a çırpıldı: YARALILAR VAR - YENİLƏNİB

Abşeronda şərnişin avtobusu TIR-a çırpıldı: YARALILAR VAR - YENİLƏNİB

Abşeron rayonu Atyalı qəsəbəsində baş verən qəzada yaralananların kimliyi bəlli olub.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir:

“Yaralılar 40 yaşlı İsayeva Alidə Akif qızı, 46 yaşlı Xudiyev Adıgözəl Muxtar oğlu,  43 yaşlı Şahvələdov Cavid Səbirxan oğlu, 1979-cu il təvəllüdlü Xudiyeva Ülviyyə Kamil qızı, 1962-ci il təvəllüdlü Quliyev Əhməd, 1980-cı il təvəllüdlü Nəsirov Həmid İdris oğlu, Sadıqov Şəmsi,  Zeynalova Aygün, İsayeva Çiçəkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən qəza zamanı yaralanan vətəndaşların vəziyyəti orta-stabildir:

“1 saylı Kliniki Tibbi Mərkəzə 10 nəfər yaralı yerləşdirilib. Onlardan dördü evə buraxılıb. Altı nəfəri isə xəstəxanada müalicəsini davam etdirir.  Onlardan üçü neyrocərrahiyyə, ikisi travmatologiya, biri reanimasiya şöbəsinə yerləşdiriliblər. Ümumi olaraq xəstələrin  vəziyyətlərinin orta-stabil olduğu bildirilir”./oxu.az/

***11:14

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan oxu.az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA