Adam öldürməyə cəhd edən alim: "Dovşan idim, içib pələng oldum"

Adam öldürməyə cəhd edən alim: "Dovşan idim, içib pələng oldum"

Bakıda yaşayış evinə silahlı basqın etməkdə və adam öldürməyə cəhddə ittiham edilən AMEA Fizika İnstitutunun elmi işçisu hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1948-ci il təvəllüdlü Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. B.Rüstəmbəyov özünü tam təqsirli bilib.

Sərbəst ifadə vermək istədiyini deyən Rüstəmbəyov əməlindən peşmançılığını dilə gətirib: "Çox peşmanam. Mən artıq tövbə də etmişəm ki, daha belə əməl törətməyəcəm. İstintaqda yazılanlarla razıyam. Zərərçəkmiş Çingiz müəllim AMEA-da rəhbərim olub. Uzun illərdir, onu tanıyıram. O məni 8 il əvvəl işdən çıxarmışdı. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim və bu yadıma düşdü. İçməmişdən əvvəl dovşan idim, içdikdən sonra isə pələng oldum".

Rüstəmbəyov deyib ki, keçmiş müdirinin evində pul olduğunu bilib. O, əldə edəcəyi pulla viski alacaqmış: "Götürəcəyim pulla viski alacaqdım. Onlara getdim. Pulu götürsəm də hadisədən sonra qoyub qaçdım. Ən böyük günahım evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub".

Təqsirləndirilən şəxs hər iki zərərçəkmişdən üzr istədiyib. Yeni ildə hər ikisinə zəng etdiyini bildirib. Məhkəmə iclası martın 19-da davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Məlumata görə, bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Çingiz Qaçayın və evdə xadimə işləyən Mətanət Hüseynovanın baş nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb.

Bəkir Rüstəmbəyova qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA