ADDIM-ADDIM İRƏLİ! MENBİÇ ƏMƏLİYYATI BAŞLADI

ADDIM-ADDIM İRƏLİ! MENBİÇ ƏMƏLİYYATI BAŞLADI

Hurriyyet.org xəbər verir ki, suriyalı müxalifətçilərin Suriya Müvəqqəti Hökumətinin qüvvələri PKK/PYD terror təşkilatının nəzarəti altında olan Menbiç şəhəri istiqamətində hərbi əməliyyatın başlandığını açıqlayıblar.

Türkiyənin “Yeni Şafak” nəşrinin xəbərinə görə, Azad Suriya Ordusu ABŞ-ın dəstəklədiyi PKK/PYD terror təşkilatının nəzarəti altındakı Menbiçdə hərbi əməliyyatların başladığını bəyan edib. Suriya Müvəqqəti hökuməti tərəfindən verilən yazılı açıqlamada, əməliyyatın rəsmən başlandığı bildirilib.

Türkiyə silahlı qüvvələrinin havadan başladığı Afrin əməliyyatına sonradan quru qoşunları davam edib. Azad Suriya Ordusu ilə birlikdə keçirilən əməliyyatlarda qısa müddət ərzində böyük irəliləyiş əldə edilmiş, PKK/PYD terrorçularının bir çox sığınacağı, silah anbarı, təlim düşərgələri və digər obyektləri məhv olmuşdur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinlə yanaşı, Menbiçin də hədəf olduğunu ötən günlərdə bəyan eləmişdi.

Xatırladaq ki, 2016-cı ilin yayında İŞİD terror təşkilatı Menbiçi ABŞ-ın dəstəklədiyi PKK/PYD təşkilatından olan həmkarlarına təhvil vermişdi. O zaman PKK terror təşkilatının Suriyadakı qolu olan PYD əhalinin yaşayış və ərazi, həmçinin torpaq sahələrinin qeydiyyat sənədləri olan idarələri yandırmış, ərəb və türkmən əhalini evlərinə buraxmamışdı. Menbiçdəki yerli mənbələr o vaxt bəyan edirdilər ki, bu yanğınları törəmətməkdə məqsəd bölgənin demoqrafik quruluşunu dəyişmək və daşınmaz əmlakı ələ keçirməkdir. PKK-nın Suriyadakı qolu RYD-nin, İŞİD-in rayonu tərk etməsindən sonra evlərinə geri qayıtmaq istəyən ərəb və türkmənləri İŞİD-in evlərə mina döşədiyi bəhanəsi ilə rayona buraxmır, deportasiya və etnik təmizləmə siyasəti aparırdı.

Hurriyyet.org

ADDIM-ADDIM İRƏLİ! MENBİÇ ƏMƏLİYYATI BAŞLADI

Loading...

QALEREYA