Adı “Forbes”un siyahısında olan milyonçunun evini yardılar

  • 2019-03-12 18:34:59
  • |
  • Region /

Adı “Forbes”un siyahısında olan milyonçunun evini yardılar

Moskvada adı “Forbes”un siyahısında olan milyonçu Dmitri Konovun evi qarət edilib.

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, dünən Konov polisə ərizə ilə müraciət edərək, mənzilindən qızıl-zinət əşyalarının oğurlandıını bildirib. Ərizəçinin sözlərinə görə, oğurluq hadisəsi Yeni il bayramı günlərində baş verə bilərdi. Hadisə ilə bağlı araşdırma aparılır.

Dmitri Konov Rusiyanın ən iri neft-kimya şirkəti sayılan “Sibur Holdinq”in İdarə Heyətinin sədridir. Sahibkar rusiyalı varlıların siyahısında 194-cü yeri tutur. “Forbes” nəşri 2018-ci ildə onun varidatını 500 milyon dollar həcmində qiymətləndirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA