Adi yumurta qabığı ilə ən kreativ ideyalar - FOTOLAR

Adi yumurta qabığı ilə ən kreativ ideyalar - FOTOLAR

Yumurtanı istifadə etdikdən sonra qabığını əsla zibilliyə atmayın.

Yumurtanın qabığı ən az özü qədər faydalıdır.

Üz maskası

Yumurta qabığını əzin və bir yumurtanın ağı ilə qarışdırın. Bu qarışığı üzünüzə çəkin və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq su ilə yuyun.

Boruların tutulmasının qarşısını alır

Yumurta qabıqlarını qab yuyarkən su axan yerin üzərindəki süzgəcə düzün. Qabıqlar tıxanmaya səbəb olacaq qatı və bərk maddələrin boruya keçməsinin qarşısını alacaq.

Qazan və çaydanları təmizləyir

Yumurta qabıqlarını çaydan ərp bağlayarkən və qazanların dibi yağ tutarkən təmizlik vasitəsi kimi istifadə edə bilərsiniz.

Dibçəklərdəki güllərin torpağına qarışdırın

Yumurta qabıqları kalsium və mineral baxımından zəngindir. Buna görə də güllərin dibinə qoyulduqdan bir müddət sonra gübrə effekti yaradır.

Ağ paltarları bəmbəyaz edir

Yumurta qabıqlarını bir parça torbaya qoyun və ağ paltarları yuyarkən onlarla birlikdə paltaryuyan maşına atın.

Qaşınmanı dayandırır

Alma sirkəsi ilə yumurta qabığını qarışdırıb qızarıqlıq və qaşıntı yaranan yerə çəkin.

Dibçək

Yumurta qabıqları dekorativ baxımdan da olduqca gözəl formaya malikdir. Onların içində kiçik və zərif çiçəklərinizi becərə bilərsiniz. \\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA