Adil İsmaylovun vəkillik fəaliyyəti dayandırıldı

Adil İsmaylovun vəkillik fəaliyyəti dayandırıldı

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Hurriyyet.org gununsesi.org-a istinadən xəbər verir ki, bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub.

Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razıllaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.

Sayta açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA