Adnan Oktar məhkəmədə qadınlara “susun” işarəsi verdi və alqışlandı...

Adnan Oktar məhkəmədə qadınlara “susun” işarəsi verdi və alqışlandı...

Xəbər verildiyi kimi, ötən gün casusluq, cinayətkar dəstə qurmaq, şantaj və cinsi istismar ittihamı ilə aralarında Adnan Oktarın da olduğu 226 təqsirləndirilən şəxsin məhkəmə prosesi keçirilib. Məhkəmədə Adnan Oktardan başqa ittiham olunan Bora Yıldız da ifadə verib.

Məhkəməyə 10 dəqiqəlik fasilə verilən zaman isə maraqlı olay yaşanıb. Belə ki, ittiham olunan Adnan Oktar salondan çıxarkən təqsirləndirilən qadınlara üz tutaraq “Çox gözəlsiniz” deyib, onlara əl yelləyib. Qadınlar isə qarşılığında Adnanı alqışlayıblar. A.Oktar qadınlara gülümsəyərək, barmağını dodaqlarına yaxınlaşdıraraq, səssiz olmaları ilə bağlı işarət verib. Fasilədən sonra isə Adnan geri döndüyündə qadınlara gülümsəyib.

Məhkəmə zamanı Bora Yıldız ifadə verərkən bildirib ki, “Evlilik Allah rizası üçündür, dostlarımın da evliliyi Allah rizası üçündür. Lakin bu iddianamədə evlilik günah kimi göstərilir”.

Bora Yıldız həmçinin ittiham aktında göstərilənlərin bütün pullarının qanuni olduğunu və bir qəpik də olsun oğurluq faktı olmadığını bildirib:

“Şirkətlərdə müntəzəm yoxlamalar aparılırdı. İddianamədə fırıldaqçılıqla bağlı iddialar var. Bunu qəbul edən 200 nəfər arasında yalnız bir nəfər var. O da aramıza sızan bir insandır”.

Bora Yıldız təşkilatları haqda “örgüt” deyilməsinə də etiraz edib:

“Bu sözü deyəndə əsəbiləşirəm. Mən böyük çaplı inşaat işində çalışdım və həmin şəxsi öz işlərimə daxil etmədim. Günahkar çöldədir, biz isə həbsdəyik. Cinayəti törədənlər cəza çəksin. Əgər bir günahım olsaydı, deyərdim. Allahdan qorxuram və axirətimi qurtarmaq üçün dünyadayam”./musavat.com/