ADP TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATI HAQDA - “Beynəlxalq hüquqa uyğundur”

ADP TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATI HAQDA - “Beynəlxalq hüquqa uyğundur”

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətinin Hurriyyet.org-a verdiyi məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə türkiyənin PKK terror təşkilatının uzantıları olan terrorrist qrupların kök saldığı Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlaması məsələsinə münasibət bildirib və bu addımın beynəlxalq hüquqa uyğun olduğunu, Türkiyənin dövlət təhlükəsizliyinə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan hakimiyyəti bu məsələdə Türkiyənin yanında olmalı, diplomatik, lojistik və başqa vasitələrlə yardım etməli, həmçinin anoloji olaraq Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağ ərazisində kök salan seperatçı, terror təşkilatlarına qarşı hərbi güc tətbiq etməklə ərazilərimizi terroristlərdən təmizləməli, dövlətimizin ərazi toxunulmazlığını təmin etməlidir.

İdarə Heyəti ABŞ “HALO Trust” şirkətinin Dağlıq Qarabağ ərazisində mina təmizləmə adı altında apardığı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərməməsini və fəaliyyətində ermənipərəst mövqe nümayiş etdirməsini qətiyyətlə pisləyib, hakimiyyəti bu şirkətin fəlaiyyəti ilə bağlı aydınlıq gətirilməsi üçün araşdırmalar aparmağı və həmin təşkilatı Azərbaycanın icazəsi olmadan öz məqsədlərinə uyğun iş apardığına görə qara siyahıya daxil etməlidir.

İdarə Heyəti “Human Rights Watch” insan haqları təşkilatının ötən həftə dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə dair hazırladığı hesabata da münasibət bildirib və ölkəmizdə siyasi məhbus məsələsinin, siyasi motivli həbslərin, xüsusilə jurnalistlərin peşə fəaliyyətinə görə həbsi və gözardı edilməsi, bir şəxsin fəaliyyətinə görə onların qohumlarının və yaxınlarınından ifadə allınması, təqib edilməsi, ifadə azadlığının kobud şəkildə pozulması barədə neqativ halların davam etməsi barədə fikirlər səsləndirməsini Azərbaycan reallıqlarına uyğun olduğunu bildirib və hakimiyyəti hesabatda əksini tapan, ölkəmiz adını mənfi imic formalaşdıran, sovet ənənəsinə uyğun siyasi repressiyalara, basqı və təqiblərə son qoymağa, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

İdarə Heyəti dövlət büdcəsindən maliyyələşən bir qrup təşkilatlarda çalışan insanların əməkhaqlarının artırılması məsələsinə münasibət bildirib və hakimiyyəti kiçik artımlarla müşayət olunan və bir qrup peşə adamlarına tətbiq edilən maaş artımı etməkdənsə ölkədə vətəndaşların minimum əmək haqqının bazar iqtisadiyyatına uyğun olaraq artırılmasını təmin etməyə çağırıb.

İdarə Heyəti bir sıra enerji içkilərinin qadağan edilməsi ilə bağlı məsələnin Milli Məclisin gündəliyinə çıxarılması məsələsinə münasibət bildirib və hakimiyyəti vətəndaşların təhlükəsizliyini poazan bir sıra təlabat malları, paltarlar, dərmanlar və ərzaq məhsulları ilə bağlı məsələni də gündəmə gətirməyə çağırıb.

Hurriyyet.org

Loading...

QALEREYA