ADPU-da adlı təqaüdə layiq görülən tələbələrlə görüş keçirilib

ADPU-da adlı təqaüdə layiq görülən tələbələrlə görüş keçirilib

Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) semestri ən yüksək nəticə ilə başa vuraraq adlı təqaüdə layiq görülən tələbələrlə görüş keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, fakültə dekanları və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, Elmi Şuranın 14 sentyabr 2018-ci il tarixli iclasının qərarı ilə adlı təqaüdlər təsis edilib. Elmi Şuranın 24 oktyabr 2018-ci il tarixli iclasının qərarı ilə ADPU-da adlı təqaüdlər haqqında Əsasnamə təsdiq edilib. Elmi Şuranın 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilmiş adlı təqaüdlərin məbləği fakültələr üzrə müəyyən edilib. Rektor qeyd edib ki, bu, universitetin bu sahədə gördüyü ilk işdir. Hər bir xalq, millət özünün görkəmli şəxsiyyətləri ilə tanınır. Siz bizim ən yaxşı tələbələrimizsiniz. Siz çalışmalısınız ki, həmişə ən yaxşı olasınız. Mən inanıram ki, bu cür gəncliyi olan xalq, millət həmişə öndə olacaq. Çalışmalıyıq ki, təhsilimiz Azərbaycanın bu gününə və gələcəyinə uyğun səviyyəyə gəlib çatsın. Universitetimiz müəllim hazırlığının mərkəzi hesab edilir. Ulu öndər Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri və əhəmiyyəti ilə seçilir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram!”

Qeyd edək ki, adlı təqaüdlərə layiq görülmüş tələbərimiz aşağıdakılardır:

1. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Korreksiyaedici təlim” ixtisasının III tədris ilinin tələbəsi Günay Qəribova -Heydər Əliyev adına təqaüd;

2. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ilinin tələbəsi Leyla Kərimova -Abdulla Şaiq adına təqaüd;

3. Fizika və texnologiya fakültəsinin “Fizika müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Günel İmaməliyeva - akademik Həsən Abdullayev adına təqaüd;

4. Riyaziyyat və informatika fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Aysel Abbaszadə -akademik Zahid Xəlilov adına təqaüd;

5. Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Arifə Ağayeva- Nizami Gəncəvi adına təqaüd;

6. Kimya və biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Dilman Sayadov -akademik Yusif Məmmədəliyev adına təqaüd;

7. Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Zərifə İsmayılova -Abasqulu ağa Bakıxanov adına təqaüd;

8. Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Nərgiz Məmmədova -Qafur Rəşad Mirzəzadə adına təqaüd;

9. İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Könül Həsənova -akademik Mehdi Mehdizadə adına təqaüd;

10. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Elnarə Rəhimova -Üzeyir Hacıbəyli adına təqaüd;

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədris Departamentinin direktor, dosent Sənan Əliyev tələbələri təbrik edərək onlara uğurlar arzulayıblar.

Tələbə-gənclər çıxış edərək göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA