ADPU-da Avstriyanın Vyana Pedaqoji Universitetinin nümayəndəsi ilə görüş keçirilib

ADPU-da Avstriyanın Vyana Pedaqoji Universitetinin nümayəndəsi ilə görüş keçirilib

Mayın 13-də Avstriyanın Vyana Pedaqoji Universitetinin prorektoru Andreas Weissenback Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə, şöbənin mütəxəssisləri Lətif Kəngərlinski və Günay Məhərrəmova iştirak ediblər.

Görüşdə rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, ölkədə müəllim peşəsinə olan maraq və tələblər haqqında məlumat verib.

Görüşdə Avstriya ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları da müzakirə edilib. Peşəkar müəllim yetişdirməyin əhəmiyyətindən, eləcə də Avstriyadakı ali təhsil müəssisələrindən, müəllim peşəsi üçün qoyulan tələblərdən bəhs edən Andreas Weissenback göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sonda Andreas Weissenback ADPU-nun tədris binası ilə tanış olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA