ADPU-da “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib

ADPU-da “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyevin “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri, respublikamızın tanınmış və nüfuzlu tarixçi- alimləri iştirak ediblər. Qeyd edək ki, Qafar Cəbiyev 5 monoqrafiyanın, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalənin müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Milli Televiziya və Radio Şurasının üzvüdür.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov öncə tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb. Universitet haqqında məlumat verən rektor bildirib ki, ADPU böyük elm və təhsil ənənələrinə malikdir. ADPU fəaliyyət göstərdiyi müddət ərzində 160 mindən çox kadr hazırlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü ADPU-nun məzunlarıdır. Hazırda bu ali məktəbdə 18 minə yaxın tələbə təhsil alır. 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Tədris 4 binada aparılır. Builki tələbə qəbulunun nəticələri ADPU üçün çox uğurlu olub. Belə ki, bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Cari tədris ilində ADPU-ya filiallarla birlikdə 600-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 15 nəfər olub. Biz ADPU-da tədrisi yeni, müasir metodlar əsasında qurmağa çalışırıq. Bu gün universitetimizin kollektivinin həyatında əlamətdar bir gündür. ADPU-da “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatının keçirilməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gəncləri dərin biliyə malik, milli ruhlu, vətənpərvər, müasir düşüncəli yetişdirməyə çalışırıq. Bu baxımdan, belə təqdimatlar mühüm əhəmiyyət kəsb edir.

Tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev çıxış edərək təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan ərazisində 100 illərdir ki, tədqiqatlar aparılır. Arxelogiya qədim tarixi abidələri tədqiq edən bir sahədir və tarix elmi üzərində dayanır. Mənim uzun illər boyu apardığım araşdırmalar, elmi-tədqiqatlar bu əsərdə cəmlənib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, professor Vəli Əliyev, BDU-nun professoru Cahangir Məmmədli, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov və digər alimlər çıxış edərək “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitini yüksək elmi səviyyəyə malik bir əsər kimi səciyyələndiriblər və müəllifə yeni-yeni uğurlar arzulayıblar.

Təqdimatda tələbələrin sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

Hurriyyet.org

Loading...

QALEREYA