ADPU-da “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qaliblərin konserti keçirilib

ADPU-da “Gələcəyin müəllimi”  I Açıq  Musiqi Müsabiqəsinin  qaliblərinin mükafatlandırılması mərasimi və qaliblərin konserti keçirilib

Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və ADPU-nun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş və Azərbaycanda ilk dəfə “Musiqi müəllimliyi” ixtisası üzrə keçirilən “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qaliblərin konserti keçirilib.

Tədbirdə ADPU-nun və ADMİU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Münsiflər Heyəti tərəfindən ADPU-nun və ADMİU-nun müsabiqənin iştirakçısı olan 41 nəfər tələbəsinə sertifikatlar təqdim edilib. Müsabiqədə fərqlənən iştirakçılara isə həvəsləndirici mükafatlar və diplomlar verilib.

Konsertdə ADMİU-nun tələbəsi Aydan Tağıyeva Qara Qarayevin “İnsan məskən salır”kinofilmindən musiqi parçasını, ADPU-nun tələbələri Aygün Ağayeva, İsa Adıgözəlov Montinin “Çardaş” əsərini, ADPU-nun tələbələri Aygün Abaszadə, Ləman Ağazadə Emin Sabitoğlunun “Uzaq yaşıl ada”mahnısını, ADMİU-nun tələbələri Aysel Şirinova, Leyla Qasımova Q.Sviridovun “Vals” əsərini, ADPU-nun tələbələri Leyla Həsənli, Etibar İsmayılov zərb muğamı olan “Heyratı”nı, ADPU-nun tələbəsi Çinarə Quliyeva Qara Qarayevin “Prelyüd N 7” əsərini, ADMİU-nun tələbəsi İlahə Abbaszadə və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Elşən Məmmədov E.Kurtisanın “Non Ti Seordar Di Me” əsərini, ADMİU-nun tələbələri Leyla Əliyeva, Sevinc Rzayeva Polad Bülbüloğlunun “Döyüşçülərin rəqsi” əsərini, ADPU-nun tələbəsi Lalə Ağayeva Cövdət Hacıyevin “Ballada”sını, ADPU-nun Musiqi və onun tədrisi metodikası kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və tələbəsi Məxfirət Hüseynova Uitni Hyustonun “Mən həmişə səni sevəcəyəm” mahnısını, ADMİU-nun tələbələri Leyla Aslanova, Fidan Məmmədzadə A.Piazollanın “Libertango”sunu, bədii rəhbəri dosent Təranə Yusifova olan ADMİU-nun Vokal ansamblı Qara Qarayevin “Gənclik mahnısı”nı ifa ediblər.

Qeyd edək ki, “Müəllim-tələbə” nominasiyası üzrə ADPU-nun tələbəsi Məxfirət Hüseynova və müəllimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli I yerə, “Solo” nominasiyası üzrə ADPU-nun tələbələri Lalə Ağayeva və Leyla Həsənli I yerə, “Duet” nominasiyası üzrə ADPU-nun tələbələri Leyla Həsənli və Etibar İsmayılov I yerə, ADPU-nun tələbəsi Çinarə Quliyeva isə Qran-priyə layiq görülüblər.

Konsert hamıda yüksək əhvali-ruhiyyə yaradıb.

Biz də tələbələrimizi bu münasibətlə ürəkdən təbrik edir, onlara təhsildə və yaradıcılıqda yeni- yeni uğurlar arzulayırıq.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA