ADPU-da “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanılması” mövzusunda təqdimat keçirilib

ADPU-da “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanılması” mövzusunda təqdimat keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanılması” mövzusunda təqdimat keçirildi. Kitabxana- İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova tədbiri giriş sözü ilə açdı və kitabxana fəaliyyətinin daha səmərəli təşkili məqsədilə müxtəlif maarifləndirmə tədbirlərinə önəm verildiyini, bu istiqamətdə fərqli mövzularda təqdimat və seminarların keçirildiyini diqqətə çatdırdı.

Təqdimatında İan Dooley kitabxana fondunun mühafizəsi, kitabların saxlanılması şəraiti haqqında ətraflı danışdı, mərkəzin əməkdaşlarının suallarını cavablandırdı.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbright English Teaching Assistant (Fulbrayt İngilis dili Tədris Köməkçisi)” proqramı çərçivəsində universitetdə fəaliyyət göstərən İan Dooley ABŞ-ın Prinston Universitetinin kitabxanasında Nadir kitablar və xüsusi fondlarla iş şöbəsində 5 il işləmişdir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA