ADPU-da “Vətən, xalq və din – gələcəyin müəllimləri nələrə diqqət etməlidirlər” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Vətən, xalq və din – gələcəyin müəllimləri nələrə diqqət etməlidirlər” mövzusunda elmi seminar keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılovun təqdimatında universitetin tələbələri üçün “Vətən, xalq və din – gələcəyin müəllimləri nələrə diqqət etməlidirlər” mövzusunda elmi seminar təşkil edilib. Elmi seminarda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, TGT-nin sədr müavini, layihə rəhbəri Taleh Mirzəyev və tələbələr iştirak ediblər.

Çıxış edən rektor Cəfər Cəfərov tədbir iştirakçılarını salamlayaraq gənclərin elmi diskussiyalara marağının artırılması istiqamətində tələbələrin özlərindən gələn belə təşəbbüslərin təqdirəlayiq hal olduğunu qeyd edərək mənəvi-dini biliklərin düzgün aşılanması və mahiyyətinin dərk edilməsi mövzusunun müəllim olacaq gənclər üçün xüsusi mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prorektor Fikrət Rzayev çıxışında müxtəlif mövzularda təşkil olunan belə seminarların bir layihə halında 2018-ci ilin noyabr ayından ardıcıl keçirildiyini diqqətə çatdıraraq bunun bir növ tələbələr üçün könüllü ustad dərsi xarakteri daşıdığını deyib.

Din, əxlaq, milli mənsubiyyət, cəmiyyətdəki ictimai fikirlər və onların qarşılıqlı əlaqəsi, İslam dini, onun bir məntiqi sistem kimi əsas məqsəd və hədəfləri, müasir gəncliyin bu proseslərdə əsas informasiya mənbələri, din və cəmiyyət münasibətlərində dövlətin tənzimləmə funksiyası, dini biliklərin verilməsi və digər məqamlarla bağlı tələbələrlə geniş müzakirə aparan Komitənin sədr müavini Gündüz İsmayılov əhatəli təqdimatla çıxış edərək gənclərə azərbaycanlı kimliyimiz çərçivəsində dini inancımızı müasir intellektual səviyyəyə malik gənclik kimi yaşamalı olduğumuzu vurğulayıb. O, qeyd edib ki, bu bizim həyat tərzimizdir, bunu anlamaq üçün təkcə Azərbaycan bayrağındakı məna çalarlarına baxmaq ən bariz nümunədir. Milli və dini kimliyimizi qarşı-qarşıya qoymaq cəhdləri isə sanki ağacın kökünü inkar edib gövdəni qabartmaq kimi məkrli və təhlükəli bir əməldir.

Sonda tələbələrin sualları cavablandırılıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA