ADPU-da Wollongong Universitetinin rektoru və Qlobal Karyera İnstitutunun nümayəndələri ilə görüş keçirilib

ADPU-da Wollongong Universitetinin rektoru və Qlobal Karyera İnstitutunun nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 26-da Dubayda yerləşən Wollongong Universitetinin rektoru, professor Mohammed Salam, Qlobal Karyera İnstitutunun və Girne Amerikan Universiteti Multikultural Departamentinin direktoru Orxan Həsənoğlu, Qlobal Karyera İnstitutunun nümayəndəsi Sevinc Allahverdiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar.

Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İnzibati və iqtsadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Lətif Kəngərlinski və Günay Məhərrəmova iştirak ediblər.

Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr barədə məlumat verib. Görüşdə Wollongong Universiteti ilə əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında müvafiq formada əməkdaşlığın qurulması, xüsusilə də tələbə mübadiləsi, ADPU-nun müəllim və professor heyətinin kurslara, mühazirələrə, konfranslara cəlb olunması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Dubayda ali təhsil müəssisələrindən, eləcə də rəhbərlik etdiyi ali təhsil müəssisəsindən, təhsil proqramlarından və imkanlarından bəhs edən professor Mohammed Salam göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Loading...

QALEREYA