ADPU-da Xərçəng "Əslində" layihəsinin açılış tədbiri keçirilib

ADPU-da Xərçəng "Əslində" layihəsinin açılış tədbiri keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) həyata keçirdiyi XI qrant müsabiqəsində qalib gələn layihələrdən biri olan Xərçəng "Əslində" layihəsinin açılış tədbiri keçirilib. Tədbir ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərovun açılış nitqi ilə başlayıb.

Sonra söz layihə rəhbəri Nərmin Əhmədliyə verilib. O, layihə haqqında ətraflı məlumat verib, iştirakçılara layihənin icrası zamanı zəngin və praktiki biliklərin çatdırılacağını deyib.

Daha sonra "Xərçəngin yaranma səbəbləri" mövzusu ətrafında müzakirələr aparılıb. Müzakirələrdən sonra Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Ümumi psixologiya kafedrasının müəllimi, psixoloq Gülər Məmmədova çıxış edərək bu xəstəliklə mübarizə aparan şəxslərin psixoloji vəziyyəti, onlarla düzgün davranış qaydaları haqqında dəyərli məlumatlar verib.

Sonda isə söz II tədris ili tələbəsi Səbuhə Cabbarovaya verilib. Onun çıxışından sonra Nərmin Əhmədli layihənin ilkin mərhələsi haqqında yekun fikirlərini bölüşüb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA