ADPU-nun bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edildilər

ADPU-nun bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edildilər

Martın 2-də ölkəmizdə ilk dəfə olaraq təşkil edilən “Kembric günü”ndə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şəki Filialının bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edildilər. Rəsmi Kembric mərkəzi olan Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən keçirilən “Kembric günü”ndə iştirakçılar Kembric Müəllim Kvalifikasiya proqramları, müxtəlif ingilis dili üzrə Kembric imtahanları ilə yaxından tanış oldular, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında ingilis dilinin səmərəli tədrisi ilə bağlı müxtəlif mövzularda təqdimatlar etdilər.

Qeyd edək ki, ingilis dilinin tədrisi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində ADPU-nun və Şəki Filialının 26 nəfər ingilis dili müəlliminə 2018-2019-cu tədris ilinin I yarısında TKT Modul 1(tədris dilinin əsasları) üzrə təlim keçirimiş və cari ilin yanvar ayında təlimin nəticəsi olaraq imtahanlar təşkil edilmişdir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA