ADPU-nun Davamlı təhsil və təlim şöbəsinə yeni təyin olunmuş müdir kollektivə təqdim edilib

ADPU-nun Davamlı təhsil və təlim şöbəsinə yeni təyin olunmuş müdir kollektivə təqdim edilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris Departamentinin Davamlı təhsil və təlim şöbəsinin yeni təyin edilmiş müdiri universitetin Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov tərəfindən şöbənin əməkdaşlarına təqdim edilib. Tədbiri giriş sözü ilə açan professor Asəf Zamanov bildirib ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Əsəd oğlu Sadıqov Davamlı təhsil və təlim şöbəsin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, universitetdə son illərdə ardıcıl şəkildə uğurlu islahatlar aparılır, sənədlər hazırlanır, qəbul edilir, o cümlədən, davamlı təhsil və təlim sahəsində konkret nailiyyətlər əldə olunub. Daha keyfiyyətli təhsil və təlim mühitinin formalaşmasının, qarşıya qoyulmuş məqsədlərə nail olmağın nəzərdə tutulan işlərin ciddi və nizamlı şəkildə həyata keçirilməsindən asılı olduğu vurğulanıb. Sonra şöbənin yeni təyin olunan müdirini təqdim edib və onun haqqında məlumat verib.

Bildirilib ki, Rəşad Sadıqov 2009-cu il sentyabr ayından 2011-ci il dekabr dekabr ayına kimi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2012-ci il yanvar ayından 2012-ci il iyun ayınadək keçmiş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Beynəlxalq əlaqələr kabinetinin müdiri, 2012-ci ilin iyun ayından 2016-cı ilin avqust ayınadək həmin insitututda Tərbiyə işləri üzrə prorektor vəzifələrində çalışıb. 13 illik elmi-pedaqoji fəaliyyəti dövründə bakalavr, magistratura, ixtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə dərs aparıb, yerli və xarici ölkələrdə keçirilmiş bir sıra beynəlxalq təlimlərdə, seminarlarda, konfranslarda fəal iştirak edib.

O, 2016-cı ilinin sentyabr ayında ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi kimi fəaliyyətə başlayıb. 2017-ci il noyabr ayından indiki təyinatadək ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha sonra yeni təyin olunan şöbə müdiri Rəşad Sadıqov çıxış edərək universitetin rektoru, professor Cəfər Cəfərov başda olmaqla rektorluğa, o cümlədən təqdimatda iştirak edən Elmi işlər üzrə prorektor, professor Asəf Zamanova ona göstərdikləri etimada görə təşəkkürünü bildirib. Müasir dövrdə aktual olan davamlı təhsil və təlim sahəsinin inkişafının əhəmiyyətindən danışaraq universitetdə bu istiqamətdə nəzərdə tutulan işlərin uğurla davam etdiriləcəyinə çalışacağını bildirib.

Tədbirdə şöbənin mütəxəssisləri Dilguşə Süleymanova və psixologiya üzrə elmlər doktoru Qızxanım Qəhrəmanova çıxış edərək şöbədə həyata keçirilən bəzi yeniliklərdən danışıblar, yeni təyin edilmiş şöbə müdirinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Hurriyyet.org

Mensur İbrahimli adlı şəxsin şəkli.