ADPU-nun dosenti Rövşən Hümbətəliyev “2017-ci ilin alimi” müsabiqəsinin qalibi olub - FOTO

ADPU-nun dosenti Rövşən Hümbətəliyev “2017-ci ilin alimi” müsabiqəsinin qalibi olub - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rövşən Hümbətəliyev “2017-ci ilin alimi” müsabiqəsinin qalibi olmuşdur.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumatda bildirilir ki, dosent Rövşən Hümbətəliyev “2017- ci ilin alimi” müsabiqəsində iştirak edərək uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş və tanınmış bazalarda indeksləşdirilən nüfuzlu jurnallarda dərc olunmuşdur. Onun əsərləri elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlər tərəfindən müəyyənləşdirilmiş və beynəlxalaq standartlara uyğun meyarlarla qiymətləndirilmişdir. Alimin 100-dən çox məqalə və tezisi ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveçrə, Türkiyə, Belarus və başqa ölkələrdə nəşr olunmuşdur.

Qeyd edək ki, dosent Rövşən Hümbətəliyev 2016-cı ildə Avropa Elm Mərkəzi tərəfindən "K.Uşinski", "M.Lomonosov" və "European Quality", "İ.Nyuton" və "V.Leybnis" qızıl medalları, Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən "Ekaterina Velikaya" (Elm və maariflənməyə görə), "Aleksandr Velikiy" (Elmi qələbə və nailiyyətlərə görə) ordeninə, "Əməkdar elm və texnika xadimi" fəxri adına , "Ali təhsildə novatorluqa görə" qızıl medalına, 2017-ci ilin iyulun 17-də isə A.Nobel qızıl medalına layiq görülmüşdür. Dosent Rövşən Hümbətəliyev “Tanınmış alimlər ensiklopediyası”na daxil edilmişdir. “Tanınmış alimlər ensiklopediyası” unikal, dövri, illik elmi nəşrdir. Bu ensiklopediyanın 13-cü cildinə Rusiyanın Təbiətşünaslıq Akademiyasının prezdenti tərəfindən 2016-2017-ci illərdə təqdim edilmiş Rusiyanın, həmçinin yaxın və uzaq xaricin alimlərinin tərcümeyi-halları daxil edilmişdir. Ensiklopediya 700-dən çox tanınmış alim, ixtisasçı, akademiklərin və Nobel mükafatı laureatlarının tərcümeyi-hal məlumatlarını özündə əks etdirir.

Loading...

QALEREYA