ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində İspaniyada keçirilmiş təlimdə iştirak ediblər

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində İspaniyada keçirilmiş təlimdə iştirak ediblər

İyunun 2-9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İspaniyaya təlim səfəri baş tutub. Təlimdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Rektorun iqtisadi məsələlər üzrə müşaviri Ümid Mehdiyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, layihənin universitet üzrə meneceri Lətif Kəngərlinski və həmin şöbənin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Erasmus+ proqramı üzrə Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən EQAC layihəsi çərçivəsində təşkil olunmuş təlim İspaniyanın Alikante şəhərində yerləşən Alikante Universitetində keçirilib. Sözügedən layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş müəssisə iştirak edir. Təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılmasının əhəmiyyəti, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi, ali təhsildə keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təcrübə, standartlar və s. haqqında xarici ekpertlər tərəfindən təqdimatlar nümayiş etdirilib.

Təlimin ilk günündə Azərbaycan universitetlərinin hər biri özünütəhlil hesabatlarını təqdimat şəklində nümayiş etdiriblər. Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və qaydalara (ESG) müvafiq olaraq hazırlanmış hesabatlar Avropa ekspertləri tərəfindən dəyərləndirilib, tövsiyələr verilib. Sonra hesabatdakı bəzi konkret məsələlərlə bağlı qruplar üzrə müzakirələr aparılıb. Növbəti gün keyfiyyətin təminatı mexanizmləri, ali təhsildə monitorinq və əsas keyfiyyət indikatorları üzrə Alikante Universitetinin təcrübəsi haqqında təqdimatlar olub.

Digər günlərdə innovativ tədrisin əhəmiyyəti, konkret dərs nümunələri əsasında layihə əsaslı tədrisin səmərəliliyi, professor-müəllim heyətinin təlimlərə cəlb edilməsi, karyera inkişafı strategiyasına dair İngiltərə təcrübəsi paylaşılıb. Midlsaks Universitetində istifadə olunan məlumat bazası, onun işləmə mexanizmi, əhəmiyyəti haqqında təqdimatlar olub, əsas xüsusiyyətləri izah edilib. Sonuncu gün isə hər bir universitet tərəfindən ESG standartları üzrə görəcəyi işlərə dair fəaliyyət planı hazırlayıb və layihə menecerləri tərəfindən təqdim edilib. Təlimin sonuncu günündə isə həftə ərzində verilmiş məlumatlar ümumiləşdirilib, layihənin gedişi və gələcək planlara dair müzakirələr aparılıb, təlim iştirakçılarının iştirakı ilə Alikante Universitetinin kampusu, muzeyi, kitabxana, oxu zalı ilə tanışlıq gəzintisi təşkil edilib.

Qeyd etmək lazımdır ki, son illərdə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə məhz keyfiyyətə əsaslanan inkişafı təmin etmək məqsədilə tədris, elm, inzibati idarəetmə sahələrində islahatlar aparılır, universitetin beynəlxalq əlaqələri, layihələrdə iştirakı genişləndirilir. Bununla yanaşı, universitetin professor-müəllim heyətinin, kafedra və fakültələrin illik fəaliyyətlərinin vahid və obyektiv meyarlarla qiymətləndirilməsi, vakansiyaların obyektiv, şəffaf, geniş müsabiqə yolu ilə tutulması, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi və s. istiqamətlərdə davamlı işlər həyata keçirilir.

Hurriyyet.org

Mensur İbrahimli adlı şəxsin şəkli.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA