ADPU-nun nəzdində ADPK-də "Nəsirəddin Tusi yaradıcılığında elm və mənəviyyat" adlı tədbir keçirilib

ADPU-nun nəzdində ADPK-də "Nəsirəddin Tusi yaradıcılığında elm və mənəviyyat" adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Riyaziyyat və informatika fənn birləşməsinin müəllimləri Nüşabə Seyidlinin və Sevinc Hacıyevanın hazırladıqları "Nəsirəddin Tusi yaradıcılığında elm və mənəviyyat" adlı tədbir keçirilib. Tədbirdə böyük alim və mütəfəkkir Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr edilmiş maraqlı səhnəciklər, görkəmli mütəfəkkirin hikmətli sözlərindən ibarət "Nəsihətlər çələngi", alimin müasiri olmuş Nizami Gəncəvinin şeirlərinə bəstələnmiş romanslar və sair təqdim edib. Tədbirdə həmçinin Riyaziyyat və informatika fənn birləşməsinin müəllimlərinin kollecin tələbələri ilə birlikdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına etdikləri ekskursiyadan hazırlanmış videoçarx göstərilib.

Kollecin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərov və ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev çıxış edərək tədbirin keçirilməsini müsbət qiymətləndiriblər və tələbələrə, müəllimlərə kollecin təşəkkürnamələrini təqdim ediblər.

Hurriyyet.org