ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” facebook səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. İyulun 12-də “Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Cəfər Cəfərova təqdim edib.

Görüş zamanı rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, insan resurslarının inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında ətraflı məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.

“Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman son 3 ildə ADPU-da baş verən keyfiyyət dəyişiklikləri və mütərəqqi yeniliklər nəticəsində universitetin cəmiyyətdə nüfuzunun xeyli yüksəldiyini və müsbət imicinin formalaşdığını vurğulayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA